RELE XARAB OLSA...
Müasir maşınlarda belə bir sistem var, hava qaralan kimi faraları avtomatik olaraq yanır, hətta maşın Bakının tunel-keçidlərindən keçəndə də dərhal maşının faralar yanır. Bu niyə belə olur? Çünki ağıllı mühəndislər, maşında rele quraşdırıblar, hava qaranlıqlaşan kimi, rele öz işini görür və işıqlar yanır. Bax, bizim iqtidar da bütün klublarda, mədəniyyət saraylarında, otellərdə və digər bu kimi yerlərdə beləcə relelər quraşdırıb. Müxalifət toplaşan kimi, rele işə düşür və işıqlar avtomatik sönür. Daha bundan sonra “Hyatt Regency” hotelinin rəhbərliyi beşulduzlu olmaları, yüksək xidmət səviyyəsi, elektrik kəsildikdə avtomatik qaydada işə düşən dünya miqyaslı, analoqu olmayan generatorlar haqda nə qədər mənasız, gülməli və boş-boş izahatlar verirsə versin, o, YAP-ı maraqlandırmaz, əsas odur ki, rele dəqiq işəyir.
Elə YAP-çıların növbə ilə yalan danışmalarına, verdikləri bəyanatlara diqqətlə baxanda görürsən ki, bütün bunlar da rele ilə idarə olunur. Rele elə quraşdırılıb ki, kimin nə vaxt danışacağı əvvəlcədən müəyyənləşdirilib. Əgər ABŞ Dövlət Departamentindən Azərbaycandakı vəziyyətlə bağlı bir tənqidi fikir deyilsə, Oqtay Əsədov danışacaq, əgər bu ölkənin mətbuatı nəsə yazıbsa, Əli Həsənov reaksiya verəcək, müxalifət liderlərinin səsini Əli Əhmədovla Bahar Muradova xorla susdurmağa çalışmalıdırlar, yerli müxalifət qəzetinin yazdıqlarına Mübariz Qurbanlı, Səyavuş Novruzov, Aydın Mirzəzadə triosu münasibət bildirəcək, əgər tənqid hansısa “ne myaso, ne rıba” qəzetdə yazılıbsa Fəzail Ağamalı, Zahid Oruc, Xanhüseyn Kazımlı və Nizami Cəfərov kvarteti hərəkətə keçəcək.
Amma mən istəyirəm ki, “Hyatt Regency” hotelinin işıqlarının sönməsi məsələsinə bir də qayıdım, baxmayaraq ki, keçən ilin sonlarında bu haqda xeyli danışıldı və yazıldı. Çünki o vaxt otelin rəhbərliyi işığın sönməsinin gülməli səbəbini izah edəndə, yadıma biz tərəflərdə baş vermiş bir hadisə düşmüşdü. Olmuş əhvalatdır, sovet dönəmində baş verib. Nəriman rayon mərkəzindəki qarajların birinin ZİL-ni sürürdü. Gecə vaxtı evə gəlirmiş. Qonşu erməni kəndinin içindən keçəndə görür ki, budur, yolun ortasında bir sürü donuz var. Bir çox müsəlmanlar kimi, Nərimanın da donuzdan zəhləsi gedirdi. Ağlına nə gəlirsə, maşının faralarını söndürüb qazı basır. O boyda ZİL donuz sürüsünün ortasından yarıb keçir. Nə qədəri ölür, nə qədəri yaralanır, nə qədəri salamat qurtulur, onu bilmirəm, amma bunu görən olur. Nəriman evə çatıb maşını təzəcə saxlayıbmış bir “Moskviç” erməni başının üstünü alır. Sözsüz ki, Nəriman and-aman eləməyə başlayır ki, yolda donuz-zad görməyib və həmin yerdən hadisənin deyildiyi vaxtdan xeyli əvvəl keçib. Erməninin biri Nərimanın bir azca bundan əvvəl ordan keçdiyini mühərrikin isti olması ilə sübut etmək istəyir və ZİL-in qabağına keçəndə görür ki, necə olubsa ölmüş çoşkalardan biri maşının qabaq buferinin buksir buynuzuna ilişib qalıb. Elə bilirsiniz Nəriman günahını etiraf edib? Deyib ki, sizin kəndin içindən keçəndə birdən rele xarab oldu və faralar söndü, ona görə də mən donuz sürüsü-zad görməmişəm.
Rele cihazdır, nə qədər mükəmməl olsa da xarab olmağı var. Bir də gördün iqtidarın da relesi xarab oldu. Nə baş verəcək? Çox maraqlı şeylər olar. Bir də baxdın prezident bir bəyanat verir, Fəzail Ağamalı, Zahid Oruc, Xanhüseyn Kazımlı və Nizami Cəfərov kvarteti onu topa tutur. Yaxud da Mübariz Qurbanlı, Səyavuş Novruzov, Aydın Mirzəzadədən ibarət trio canfəşanlıqla İsa Qəmbərin tələblərini müdafiə edir və s.