İnsanlara hürriyət, millətlərə istiqlal!

Rekordlar kitabına düşən futbolçuya fantastik təklif...

1668 24.12.2015 03:30 İdman A A

İngiltərənin "Mançester Yunayted" klubu Polşa millisinin üzvü Robert Levandovskini transfer etmək istəyir.

ANS PRESS-in məlumatına görə, bu transferdən ötəri "qırmızı şeytanlar" hətta fantastik məbləğ ödəməyə hazırdır. 

Klub bu məqsədlə "Bavariya" rəsmiləri ilə ilkin danışıqlar aparıb. Bu barədə İngiltərə mətbuatı yazıb. Hazırda əla formada olan Levandovskini almaqda Madridin "Real" klubu da maraqlıdı. Yaxın günlərdə tərəflər arasında danışıqlara start veriləcək. Məhz bundan sonra polşalı futbolçunun gələcək karyerasını harada davam etdirəcəyi bəlli olacaq.

27 yaşlı Robert Levandovski 2014-cü ildən etibarən "Bavariya" klubunda çıxış edir. O, "Bavariya"ya Dortmundun "Borussiya" klubundan transfer olunub. "Bavariya"da keçirdiyi 38 oyunda ümumilikdə 33 qol vurub. Polşalı hücumçu Bundesliqanın 6-cı turu çərçivəsində "Volfsburq"la oyunda 1-ci hissədən sonra meydana çıxıb və o cəmi 9 dəqiqəyə 5 qol vurub. Bu nəticəyə görə Levandovski Ginnesin Rekordlar kitabına ən tez het-trik (3 qol), poker (4 qol) və pentratik (5 qol) edən futbolçu kimi düşüb. O həm də əvəzetmədən sonra bir oyunda 5 qol vuran futbolçu kimi də kitaba daxil olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR