Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Regionların sosial-iqtisadi inkişafında bələdiyyələrin rolunu artırılması istiqamətində tədbirlərin təşkili” layihəsini başa vurub. Sonuncu tədbir oktyabrın 30-da Bakının Mehdiabad qəsəbəsində keçirilib. Toplantıya Mehdiabad qəsəbəsi bələdiyyəsinin üzvləri, o sıradan sədr Əbülfət Nuriyev, Niyaməddin Orduxanlı, Abşeron rayon İH –nin Mehdiabad icra nümayəndəsi Bayram İbrahimov, qəsəbənin təhsil işçiləri qatılıb.
Tədbiri Mehdiabad bələdiyyəsinin sədri Əbülfət Nuriyev açıb. O, bildirib ki, yeriözünüidarə orqanlarının fəaliyyətinin daha effektiv alınması üçün vətəndaş cəmiyyəti institrutları ilə işbirliyi olduqca faydalıdır.
Sonra söz layihə təşkilatçısı Nabat Qəniyevaya verilib. O, bildirib ki, layihənin məqsədi regionlarda bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, yeni maliyyə qaynaqlarının tapılması, o sıradan yerli sahibkarlarla əlaqələrin qurulması, layihələrin yazılması, hesabatlarının hazırlanması, bələdiyyələrin regionun sosial-iqtisadi inkişafında rollarının artıması işində dəstək verməkdir:" Layihə cərcivəsində Masallı və Qazax rayonlarında, 1 günlük seminar treninqlər keçirilib. Tədbirlərimizin faqdalılığını artırmaq üçün 1-ci hissəni seminarlar, 2-ci hissə interaktiv treninglər formatında təşkil etmişik. Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında bələdiyyələrin instutusional formalaşmasına xüsusi diqqət ayrılıb. Prezidenti İlham Əliyev də dəfələrlə bildirib ki, Azərbaycanın hərtərəfli yuksəlişi üçün təkcə paytaxt Bakının deyil, bütün şəhərlərin və rayonların bərabər inkişafı təmin olunmalıdır. Bir zamanlar bələdiyyələrlə İcra Hakimiyyətləri arasında səlahiyyət toqquşması konkret problemlərin çözümünə maneə yaradırdı. Bələdiyyələrlə bağlı qanunlar təkmilləşdirildikcə idarəetmədə bələdiyyələrin rolu artılırıb və bu səlahiyyətlərin bir hissəsi bələdiyyələrə verilib".
Daha sonra dövlət proqramının həyata keçirilməsində bələdiyyələrin rolu haqda müzakirələr aparılıb. İştirakçılar Mehdiabad bələdiyyəsinin qəsəbədə həyata keçirdiyi işlərin müsbət nəticələrindən danışıblar. Çıxışlarda bələdiyyələrin statusunun arzu edilən səviyyədə olmamasına, bu səbəbdən fəaliyyətlərini geniş qura bilməmələrinə də toxunulub. Əsas müzakirə mövzuları sırasında əhali ilə ünsiyyət qurulması, əhalidən vergilərin yığılması prosesində qarşıya çıxan problemlər də olub. Bildirilib ki, torpaq alqı-satqısı zamanı vətəndaşlardan torpaq vergisi borcunun olub-olmaması haqda arayışın tələb edilməsi bir sıra problemlər in aradan qaldırılmasın yardım edə bilər. Ölkədə vergidən yayınmaq məqsədilə bir çox vətəndaşlar əmlak alqı-satqısını rəsmiləşdirməkdən çəkinir. Əgər borc arayışının tələb edilməsi məcburi xarakter daşısa, bu bələdiyyələrə bəlli bir məbləğin daxil olmasına imkan yaradar.
Çıxışlar zamanı xüsusi vurğulanıb ki, bələdiyyələrin fəaliyyətinin genişlənməsi qarşısında əsas maneə yetərli büdcənin formalaşdırılmamasıdır. Müzakirə iştirakçıları vurğuladılar ki, bu məqsədlə bələdiyyələrə donor təşkilatlara layihələr təklif etmək sərbəstiyi verilməlidir. bu məqsədlə iştirakçılara Sosial Təminat Nazirliyinda qeydiyat, müraciət formaları, eləcə də Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə DDŞ-nın təklif formaları haqda məlumatlar verilib.
Niyaməddin Orduxanlı, Əbüfət Nuriyev, Aynurə Abdullayeva , Afət Aslanova, Aygün Əhmədova, Cəmilə Quliyeva və digərləri müzakirələrdə aktiv iştirak ediblər. İkinci mərhələdə 5 qrup yaradılıb və hər qrup irəli sürdükləri ideyanı layihələşdiriblər. Hər qrup ayrılıqda dinlənib və təqdim olunan layihə üzrə ümumi müzakirələr keçirilib.
Tədbirin sonunda Mehdiabad qəsəbəsindən 4 çağırış bələdiyyə üzvü seçilən Niyaməddin Orduxanlı çıxış edib:" Tədbirin yüksək səviyyədə təşkilinə görə öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə xanı Gülməmmədovaya təşəkkürünü bildirirəm. Belə aktual mövzuların gündəmə gətirilməsi və optimalyolların müzakirələr nəticəsində tapılması çox önəmlidir.
Bu mənada AR prezidenti yanında QHT-lərə DDŞ-na xüsusi təşəkkür düşür. Bugünkü müzakirələrdə həm bələdiyyə sədrinin, həm də icra nümayənsədinin fəal iştiurakı sübut etdi ki, bu cür layihələr faydalıdır və intensiv təşkil edilməlidir. Mən layihəyəməkan olaraq Mehdiabad bələfdiyyəsinin seçdiyi üçün D. Əliyeva adına AQHMC İB-nin sədri, hüquq müdafiəçisi Novella xanım Cəfərovaya minnətdaram. Onu da vurğulamaq istəyirəm ki, Mehdiabad bələdiyyəsində gender məsələlərinə xüsusi fikir verilir. Bələdiyyənin 13 üzvündən 5-i xanımlardır. Afət xanım Aslanova bələdiyyə sədrinin müavinidir. İnanırıq ki, bu balans həm cəmiyyətdə qadın iştirakının artılılması, həm də bələdiyyələrin işinin effektivliyinin artırılması baxımından olduqca önəmlidir".
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə DDŞ-nın dəstəyi ilə yazılmışdır.
Könül Süleyman






