İnsanlara hürriyət, millətlərə istiqlal!

Rafael Piriyev Fransada saxlanıldı - deportasiya olunacaq (FOTO)

10548 14.11.2019 10:20 Gündəm A A

Azərbaycanlı mühacir Rafael Piriyev Fransada saxlanılıb.

“Report”un Avropa bürosu xəbər verir ki, bir neçə il əvvəl Azərbaycandan Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən R.Priyevin barəsində Berlin Əyalət Məhkəməsinin qərarı ilə deportasiya qərarı çıxarılıb.

Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) əməkdaşları ötən gün deportasiya qərarının icrası üçün polis əməkdaşları ilə birgə R.Priyevin Berlində yaşadığı evə getsələr də, sonuncunun Fransaya qaçdığı məlum olub.

Azərbaycan vətəndaşı Almaniya Federal Daxili İşlər Nazirliyinin təqdimatı ilə Fransada bir qaçqın düşərgəsində saxlanılıb.

Onun yaxın günlərdə barəsində olan deportasiya qərarının icrası üçün Almaniyaya göndərilməsi gözlənilir.

Musavat.com bildirir ki, Rafael Piriyev həm də yutuber kimi fəaliyyət göstərir və Azərbaycan iqtidarına qarşı söyüş müxalifətinin əsas simalarından biridir.

874104a8-9148-49ca-94e0-895a97d9530b.jpg (83 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR