İnsanlara hürriyət, millətlərə istiqlal!

Redaksiyaya basqında ölənlərin sayı 12-yə çatdı, baş redaktor öldü - video- Yenilənib 3

9018 07.01.2015 19:30 Dünya A A

Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına edilmiş silahlı basqın zamanı ölənlərin sayı artıq 12-yə çatıb.

Musavat.com-un Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, bütün müdaxilələrə baxmayaraq, “Charlie Hebdo” jurnalının baş redaktoru Stefan Şarbonyenin həyatını xilas etmək mümkün olmayıb. 

*   *   *   *

Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına edilmiş silahlı basqın zamanı ölənlərin sayı 12-yə çatıb.

Virtualaz.org saytının Fransa KİV-lərinə istinadən verdiyi xəbərə görə, polis bildirir ki, yaralılardan biri keçinib. Daha 4 nəfər kritik vəziyyətdədir.

Prezident Fransua Olland hadisə yerinə baş çəkib və redaksiyaya basqını “barbarlıq aktı, terror” adlandırıb. O, elan edib ki, Parisdə ən yüksək təhlükəsizlik səviyyəsi elan edilib.

“Bu, jurnalistlərə qarşı yönəlmiş barbarlıq aktıdır. Biz söz azadlığını müdafiə edəcəyik”- deyə Olland bildirib.

Fransa prezidenti deyib ki, son həftələr ərzində ölkədə bir neçə terror aktının qarşısı alınıb. Olland həmçinin azı 11 nəfərin öldüyünü təsdiqləyib, daha dörd nəfərin kritik vəziyyətdə olduğunu deyib.

Bəzi məlumatlara görə, jurnalın baş redaktoru Stefan Şarbonye də yaralılar arasındadır, onun vəziyyəti kritikdir.

*   *   *   *

İki silahlı şəxs Fransanın paytaxtı Paris şəhərində həftəlik satirik nəşrə - Charlie Hebdo jurnala hücum edərək insanları gülləbarana tutublar. Bu barədə Le Figaro qəzeti xəbər yayıb.

Musavat.com-un xarici mediaya istinadən verdiyi xəbərə görə, hücumun qurbanlarının dəqiq sayı hələlik məlum deyil. Ouest France agentliyinin verdiyi xəbərə görə, on nəfər ölüb, beş nəfər güllə yarası alıb. Ölənlərin sayının yeddi olduğu barədə də xəbərlər var. Onlardan birinin polis olduğu bildirilir.


Türkiyə mediasının verdiyi xəbərə görə, adı çəkilən jurnal əvvəllər Məhəmməd peyğəmbərin karikaturasını dərc edibmiş. Bundan başqa, jurnalın rəsmi səhifəsi son dəfə İŞİD lideri əl-Bağdadi ilə bağlı karikatura paylaşıb.


Qurbanların sayının 11 olduğu xəbər verilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR