İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real Madrid" Ronaldoya qanunsuz ödəniş edib

609 05.03.2021 21:15 İdman A A

Braziliya millisinin və İspaniya "Real Madrid"inin sabiq futbolçusu Ronaldo 2016-cı ildə "kral klubu"nun səfiri təyin olunduqdan sonra əmək müqaviləsi olmadan hər il madridlilərdən 1 milyon avro məvacib alıb.

"Report" "Der Spiegel" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi veteran hücumçunun gəlirləri barədə vergi orqanlarına məlumat verilməsinə ehtiyac duymadığı üçün onunla müqavilə imzalamayıb. Bu proses 2 il davam edib.

Ronaldo ilə yanaşı, keçmiş futbolçular Roberto Karlos və Raul Qonsalesə də qeyri-qanuni yolla maaş ödənilib.

Qeyd edək ki, Ronaldo 2002 - 2007-ci illərdə "Real Madrid"də çıxış edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR