İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real Madrid"in sabiq futbolçusu ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib

984 12.04.2022 03:36 İdman A A

İspaniyanın "Real Madrid" klubunun sabiq futbolçusu Freddi Rinkon avtomobil qəzasına düşüb.

"Report" "Marca"ya istinadən xəbər verir ki, 55 yaşlı veteran yarımmüdafiəçi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İddiaya görə, kolumbiyalı keçmiş oyunçunun içərisində olduğu maşın Kali şəhərində avtobusla toqquşub. Hazırda Rinkonun reanimasiyada olduğu bildirilib. Onunla yanaşı, avtobusun sürücüsü və sərnişinləri də klinikaya yerləşdiriliblər.

Xəstəxananın baş həkimi Laureano Kintero veteran futbolçunun başından ciddi xəsarət aldığını və əməliyyat olunacağını söyləyib.

Qeyd edək ki, Freddi Rinkon 1995-1996-cı illərdə "Real Madrid"in formasını geyinib. 1990 - 2001-ci illərdə ölkəsinin yığmasına dəvət alan keçmiş orta sahə oyunçusu İtaliyada "Napoli"nin də şərəfini qoruyub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR