İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real Madrid" 14-cü dəfə Çempionlar Liqasının qalibi olub

1211 29.05.2022 08:12 İdman A A

UEFA Çempionlar Liqasında final oyunu keçirilib.

"Report"un məlumatına görə, Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçirilmiş görüşdə İngiltərənin "Liverpul" və İspaniyanın "Real Madrid" komandaları üz-üzə gəlib.

Yerli referi Kleman Türpenin idarə etdiyi qarşılaşma "kral klubu"nun qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 59-cu dəqiqədə Vinisius Junior vurub.

Qarşılaşma təhlükəsizlik amilləri üzündən 36 dəqiqə gec başlayıb. Oyundan əvvəl stadiona biletsiz girməyə cəhd edən ingilis fanatlara qarşı polis gözyaşardıcı qazdan istifadə edib.

Beləliklə, "Real Madrid" 4 ildən sonra və tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub. Baş məşqçi Karlo Ançelotti isə 8 ildən sonra komandaya Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatını qazandırıb. Ançelotti 2002/2003 və 2006/2007 mövsümlərində İtaliya "Milan"ı ilə də bu titulu əldə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR