İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev: “Qanunlara bu şəkildə düzəliş etməklə biz mətbuatı daha da ağır durumlara salırıq”

282 21.05.2021 15:52 Ölkə A A


Milli Məclisin bu gün (21 may) keçirilən plenar iclasında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com xəbər verir ki, layihə barədə çıxış edən deputat Razi Nurullayev bildirib ki, “Dövlət satınalmaları haqqında” qanunun 50-3.1 bəndinə əsasən satınalmalar haqqında tender elanından rəsmi dövlət qəzetləri məhrum edilir: “Düşünürəm ki, bu, onsuz da ağır durumda olan mətbuatı daha ağır duruma salmaq və əlavə qazancdan məhrum etməkdir”.

Deputatın sözlərinə görə, bu, işıq gələn yerə barmaq tıxamaq kimi bir şeydir: “Əksinə, təklif edirəm ki, rəsmi dövlət qəzetləri ilə yanaşı digər qəzetlərə, o cümlədən elektron mediaya da bu elanları yerləşdirmək hüququ verilsin”.

Deputat əlavə edib ki, dünyada ənənəvi olaraq mətbuat 30 faiz öz çapından, 70 faiz reklam bazarından qazanc götürüb. Bu isə güclü bazar iqtisadiyyatı olan ölkələrdə mövcuddur: “Bizdə isə bazar iqtisadiyyatı sadəcə kağız üzərindədir. Şirkətlər, dövlət qurumları da ya öz mətbuatına reklam verir, ya da digərlərinə özlərinə qarşı tənqidi susdurmaq üçün. Mətbuatın dördüncü hakimiyyət olması üçün onun müstəqilləşməsi və maliyyə asılılığı aradan qalxmalıdır. Qanunlara bu şəkildə düzəliş etməklə biz mətbuatı daha da ağır durumlara salırıq. Bu müddəa dəyişməzsə, əleyhinə səs verəcəyəm”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR