İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev: “Niyə bizim ictimai təşkilatlar bu fondlardan yararlanıb ehtiyaclı ailələrə kömək etməsinlər?”

244 24.04.2020 13:16 Son xəbər A A

Milli Məclisin plenar iclasında çıxış çıxış edən deputat Razi Nurullayev deputatların diqqətini bir sıra vacib məsələlərə çəkməyə çalışdı. Dedi ki, Prezident İlham Əliyevin ən çox sevdiyi və istifadə etdiyi sözlərdən biri “ictimai nəzarət” ifadəsidir, onu isə ictimai təşkilatlar həyata keçirir: “Məlumdur ki, QHT-lər haqqında qanuna məhdudlaşdırıcı müddəalar əlavə edilib. İctimai təşkilatlar yeganə olaraq Prezident yanında Dövlət Dəstəyi Şurasının sayəsində nəfəslik ala biliblər. Məhdudiyyətlər xarici fondlardan maliyyə vəsaitinin alınmasını qadağan edir. Bu qadağa nəticəsində professional ictimai nəzarət yox olub. Iddia edildi ki, bu məhdudiyyətlər bəzi təşkilatların qrant vəsaitlərini rəngli inqilablar lehinə xərclədiyi üçün tətbiq edilir”.

R.Nurullayev bildirdi ki, QHT-lər xarici fondalarla işləyərsə, insanlara daha rahat yardım göstərə bilər: “Nə baş verdi? Dövlətçilik əleyhinə işləməsi deyilən təşkilatlar yenə də maliyyələşə bilirlər. Daha nə dəyişdi ki? Əvəzində bütün neytral və professional təşkilatlar sıradan çıxıb. Bu məhdudiyyətlərin təmamən aradan qaldırılmasını təklif edirəm. Bir araşdırma apardım və gördüm ki, koronavirusla mübarizə üçün dünyada milyardlarla vəsait ayrılıb. Niyə bizim ictimai təşkilatlar bu fondlardan yararlanıb ehtiyaclı ailələrə kömək etməsinlər? Axı, niyə hökumət hər problemə özü yüklənsin? Mövcud resurslardan niyə istifadə olunmasın? Eyni zamanda, şirkətlərin yanında fondların yaradılmasının stimullşadırılmasını təklif edirəm ki, biznesin ora köçürülən vəsaiti də vergidən təmamən azad edilsin”. Deputat dedi ki, mövcud durumda Heydər Əliyev Fondu ciddi köməklik göstərir: “Çox gözəl və alqışlanası təşəbbüsdür və buna görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Qoy şirkətlərin öz nəzdlərində yaradacaqları ictimai fondlar da minlərlə ailələrə kömək etsinlər. Bu məsələnin qanuniləşdirilməsinə ehtiyac var. Ənənə isə Heydər Əliyev Fondu tərəfindən formalaşdırılıb”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR