İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev: “Axı bunlar dövlətçi adamlardır, niyə sosial şəbəkələrdə təhqir olunmalıdırlar?”

1296 06.08.2020 14:25 Son xəbər A A

“Əgər mən deyirəmsə, insanlar torpaq payı olduğuna görə yardım ala bilmir, bu, məsələnin siyasiləşdirilməsi deyil. Əslində isə məsələlərin parlamentdə siyasiləşdirilməsi daha yaxşıdır. Amma əgər mən deyirəmsə, İmişlinin 10 kəndində su yoxdur, bu da siyasiləşdirmə deyil. Əgər mən kimisə tənqid edirəmsə, bu, mədəniyyət çərçivəsindən çıxmır”.

Deputat Razi Nurullayev bu fikirləri Milli Məclisin plenar iclasında söylədi. O bildirdi ki, xaricdə oturan bloggerlər burada oturan deputatları, ölkə rəhbərliyini, birinci və ikinci şəxsləri çox ağır formada tənqidə məruz qoyur: “Buradan bizim sözümüzü parlamentdə deməyə imkan yaratdığı üçün Milli Məclis rəhbərliyinə təşəkkür edirəm. Çünki biz sözümüzü burada deməsək, siyasət kənara çıxacaq və parlament üzvləri hörmətdən düşəcək”.

R.Nurullayev əlavə etdi ki, Bakıda sosial şəbəkələrin nümayəndəlikləri açılmalıdır: “Keçən dəfə sosial şəbəkələrdə araşdırma apardım. Məlum oldu ki, çox baxış əldə etmək üçün nüfuzlu adamları təhqir edilər. “Youtube”, “Facebook” və digər sosial şəbəkələrin nümayəndələri Bakıda oturmalıdır. Biz bu məsələni siyasiləşdirməliyik ki, onlar buna getsinlər. Deməliyik ki, siz çox istifadəçi, “like” qazanacaqsız, amma bizim milli, dövlət dəyərlərimizi təhqir edirlər. Məsələn, Adil Əliyev sosial şəbəkədə ən çox təhqir olunanlardandır. Dövlət başçısı sosial şəbəkədə təhqir olunur. Biz onları qoruya bilirikmi? Axı bunlar dövlətçi adamlardır, niyə sosial şəbəkələrdə təhqir olunmalıdırlar?”

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR