İnsanlara hürriyət, millətlərə istiqlal!

Rayonlara gediş-gəliş qadağası ilə bağlı QƏRAR verildi

11704 03.08.2020 16:44 Son xəbər A A

31 avqustadək  ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması (xüsusi və çarter reysləri istisna olmaqla) davam edəcək. 

Musavat.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar imzalayıb.

Həmçinin xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması  (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) barədə qərarın da müddəti 31 avqustadək uzadılıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR