İnsanlara hürriyət, millətlərə istiqlal!

Rayan Giqqz: "Məşqlərdə üzərində çalışdığımız kimi oynasaydıq daha çox qol vurardıq"

587 07.09.2019 04:11 İdman A A

“Qaret Beyl karyerası ərzində Uels yığması üçün bugünkü kimi vacib qolları çox vurub. O, komandamızın kapitanıdır və bütün gözlər ona yönəlib”.

APA-nın məlumatına görə, bunu Uels yığmasının baş məşqçisi Rayan Giqqz deyib.

O, AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan millisi ilə görüşündən sonra mətbuat konfransına qatılıb. R.Giqqz komandasına 2:1 hesablı qələbə qazandıran qolun müəllifi olan Qaret Beyldən məmnun qaldığını gizlətməyib: “Oyundan öncə də demişdim ki, Beyl qol vurmağa başlayanda ardıcıl matçlarda fərqlənir. Ötən həftəsonu “Real”da iki qol vurması məni sevindirmişdi. Qaret də, komandamızın digər futbolçuları da xarakter göstərdilər. Buna görə çox şadam”.

R.Giqqz nəticədən razı qalsa da, oyundan tam məmnun deyil: “Aydın məsələdir ki, qələbə qazandığımız üçün nəticədən razıyam. Bu, çox ağır oyun idi. Belə bir görüşdə üç xal əldə etdik. Amma düzünü deyim ki, ilk 45 dəqiqədən narazıyam. Biz çox səhvlər etdik. Oyunçular sanki formada deyildi. Hərçənd topla cəld davranmaq lazım idi. Futbolçular sonradan xarakter nümayiş etdirə bildilər. Məni üzən məqamlar üzərində isə hələ çalışmalıyıq”.

Mütəxəssis oyunun planı üzrə getmədiyindən də narazı qalıb: “Məşqlərdə üzərində çalışdığımız kimi oynasaydıq daha çox qol vurardıq. Amma yubanır, ötürmələrdə gecikirdik. Hücumda tələsməyi, müdafiədə səbirli olmağı bacarmırdıq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR