İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Mirqədirovun atasının il mərasimində iştirak etməsi üçün aidiyyatı orqanlara müraciət edildi

1130 19.05.2015 01:24 Gündəm A A

REAL hərəkatının sədri İlqar Məmmədovun həbsxanada “karsa” salınması ilə bağlı məlumat vermişdik. Vicdan məhbusu mayın 18-də səhər saatlarından “kars”dan çıxarılıb. Onun cəzalandırılmasının səbəbləri də məlum olub.

Bu barədə müsavat.com-a REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova məlumat verdi: “İlqar mayın 18-də zəng etdi. Bildirdi ki, artıq “kars”dan çıxarılıb. Hazırda adi həbsxana rejimindədir. İlqarın cəzalandırılmasına səbəb olaraq göstəriblər ki, guya yoxlanışa maneçilik göstərib. Amma əslində elə bir şey olmayıb”.


“Ayna Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun mayın 24-də atasının il mərasimində iştirak etməyi ilə bağlı vəkilləri aidiyyatı orqanlara müraciət ediblər. Jurnalistin vəkillərindən Elmar Süleymanov bildirdi ki, R.Mirqədirovun atasının il mərasimində iştirak etmək ehtimalları yüksəkdir: “Mayın 18-də Milli Təhlükəsizlik Nazirliyi, müstəntiq, Baş Prokurorluq və MTN-in istintaq təcridxanasına müraciət etdik. Rauf Mirqədirovun atasının il mərasimində iştirak etməyi ilə bağlı. Nəzərə almaq lazımdır ki, o, atasının dəfninə buraxılarkən davranışları normal idi. İstər özü, istərsə də, qohumları tərəfindən heç bir pozuntuya yol verilməmişdi. Ümid edirik ki, buraxacaqlar. Ümumiyyətlə, Rauf bəy bir ildən artıq qaldığı həbsxana şəraitində heç bir pozuntuya yol verməyib. Davranışları olduqca müsbətdir. Buna görə buraxılma ehtimalları yüksək görünür”.


Təcridxanada səhhəti günü-gündən ağırlaşan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev ailəsi və vəkilləri ilə görüşə bilmir. Buna səbəb hüquq müdafiəçisinin hərəkətsiz vəziyyətdə qalmasıdır. Atası ilə telefon vasitəsilə əlaqə saxlayan Nərmin Kamilsoy onun səhhətinin kritik olduğunu söylədi: “Atamla mayın 18-də danışdım. Səhhətində bir irəliləyiş yoxdur. Hərəkət etməkdə və yeriməkdə çətinlik çəkir. Bizimlə çətinliklə danışırdı. Telefon zəngini belə güc-bəla ilə edib. Problemləri günbəgün artmaqdadır. Vəkilləri ilə görüşə çıxa bilmir. 10 gündən çoxdur ki, biz də görüşə gedə bilmirik”.


Araşdırmaçı jurnalist Xədicə İsmayılın həbs müddətinin uzadılması ilə bağlı apellyasiya şikayəti verilib. Vəkil Fariz Namazlı istintaq hərəkətlərinin aparıldığını bildirdi: “Xədicə xanımın həbsdə saxlanılmasının uzadılması və “ev dustaqlığı” vəsatətimizin təmin olunmaması ilə bağlı apellyasiya şikayəti vermişik. Onların bildirdiyinə görə, istintaq tezliklə yekunlaşmalıdır. Çünki araşdırılası bir məsələ qalmayıb. Ola bilsin ki, hansısa şahidlərin ifadəsi qalsın. Amma özləri etiraf etdilər ki, AzadlıqRadiosunun fəaliyyəti ilə bağlı akt hazırlamaq qalıb. Akt ekspertizya göndərilməlidir. Çox güman ki, 3 aya qədər iş getməyəcək”.


Fariz Namazlı hüquqlarını müdafiə etdiyi digər vicdan məhbusu Rəsul Cəfərov ilə bağlı danışdı: “Rəsul bəyin hökmündən şikayətimizi vermişik. Baxılma zamanını gözləyirik”.
Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının səhhəti ürəkaçan deyil. Partiya sədrinin günü-gündən xəstəliyi artmaqdadır. N.Pənahlının həyat yoldaşı Həcər Pənahı onun kamerasının dəyişdirildiyini qeyd etdi: “Elə bir yenilik yoxdur. Sadəcə olaraq, otağını dəyişiblər. Əvvəlki kamerada məhbus çox idi. Öz xahişi ilə ikiadamlığa keçib. Çox adamın olmağı səhhətinə ağır təsir edir. İndi qaldığı otaqdan şikayəti yoxdur. Sonuncu dəfə mayın 17-də danışdım. Səhhəti əvvəlki kimidir. Günü-gündən şəkəri artır. İyunun əvvəli görüş günümüzdür”.

Cavanşir ABBASLI, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR