Rauf Mirqədirov atasının yas mərasimində iştirak etmək istəyir
Bu barədə Turan-a vəkil Elmar Süleymanov bildirib.
Qeyd edək ki, jurnalistin atası, 84 yaşlı Həbibula Mirqədirov mayın 24-də - mənzillərində axtarış aparıldığı günün ertəsi gün vəfat edib.
Həmin vaxt jurnalisti dəfn və yas mərasimində iştirak etməsi üçün 3 gün müddətinə azad ediblər.
* “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib, Bakıda aeroportda saxlanılıb və ermənilərin xeyrinə casusluqda ittiham edilib.
Aprelin 21-də məhkəmə onu 3 ay müddətinə həbs edib. Jurnalist itthamları təkizb edir, absurd və siyasi motivli hesab edir.






