İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Mirqədirov atasının 7 mərasimindən sonra təcridxanaya qaytarılacaq

1063 26.05.2014 12:27 Son xəbər A A
Dövlətə xəyanətdə ittiham olunaraq həbs olunan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirova 7 gün atasının yas mərasimində iştirak etməyə icazə verilib.

Bu barədə APA-ya jurnalistin vəkili Fuad Ağayev bildirib.
 
Vəkilin sözlərinə görə, cinayət işinin istintaqını aparan müstəntiq onlara deyib ki, R. Mirqədirova yas mərasimində iştirak üçün 7 gün icazə verilib. Hazırda R. Mirqədirov atasının yas mərasimində iştirak edir. O, atasının 7 mərasimindən sonra təcridxanaya qaytarılacaq.
 
Xatırladaq ki, jurnalistin atası Həbibulla Mirqədirov mayın 24-də gecə saatlarında vəfat edib. Elə həmin gün R. Mirqədirova atasının dəfnində iştirakına icazə verilib.
 
Qeyd edək ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. İş üzrə may;n 23-də R. Mirqədirovun atasının evində axtarış aparılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR