RAUF ARİFOĞLU VÜQAR RƏHİMZADƏ İLƏ DEBATA ÇIXDI
“Diffamasiya haqqında” qanun, onun qəbulu perspektivləri, bunun Azərbaycan mətbuatına verəcəyi fayda kimi məqamlar debatın ana xəttini təşkil edib. Studiyada iştirak edən tanınmış jurnalistlər də redaktorlara verdikləri suallarla debata dinamika və rəng qatıblar.
“Açıq söhbət” tok şousunun aparıcısı, tanınmış telejurnalist Sevinc Osmanqızı bizə açıqlamasında bildirib ki, verilişin montajı olmayacaq. Çünki efir vaxtı 45 dəqiqə olan verilişin çəkilişləri də 45 dəqiqə davam edib. Buna görə də çəkilişdə ixtisar etməyə ehtiyac qalmayıb.
Xatırladaq ki, “Açıq söhbət” həftənin cümə günü saat 22.00-da ANS-in efirində yayımlanacaq.