İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Arifoğlu: "İlk dəfədir ki, Azərbaycan jurnalistləri qurultayını qalib bir toplumun nümayəndələri kimi keçirir..."

1444 24.09.2022 11:30 Media A A

Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvlərinin gəncləşdirilməsi təklif edilir.

Musavat.com xəbər verir ki, Əflatun Amaşov bundan sonra da MŞ -nın fəaliyyətində əlindən gələcəyini edəcəyini söylədi. Onun çıxışı alqışlarla qarşılanıb.

Daha sonra MŞ-nın Nəzarət Təftiş Komissiyasının sədri Tahir Aydınoğlu da hesabat verib.

Ə.Amaşov MŞ-nın nizamnaməsinə edilən dəyişikliklər barədə məlumat verib. Bununla da qurumun 23 nəfərlik idarə heyətinin 14 nəfərinin jurnalistlərdən, 9-nun isə ictimaiyyət nümayəndələrindən seçilməsi qərara alındı.



Daha sonra çıxışlara yer verildi.

İlk olaraq çıxış edən APA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı bunları dedi: "Mətbuat Şurasının fəaliyyəti hər zaman gah təqdir, gah da tənqid olunub. Təbii ki, fəaliyyət varsa, orada tənqid də olacaq. Amma hesab edirəm ki, ümumən götürəndə Mətbuat Şurasının fəaliyyəti mövcud olduğu dönəmdə təqdirəlayiq olub. Qurum ona verilən səlahiyyət lər çərçivəsində üzərinə düşənləri digər təsisatlar kimi layiqincə yerinə yetirib. Biz hamımız Əflatun müəllimə uğurlar arzulayırıq. Bundan sonra seçiləcək heyətə də indidən uğurlar arzulayıram".

Tapdıq Abbas yazır...

"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas: "İndiyə qədər ki, VIII qurultayın hər birində iştirak etmişəm. Qurumun təsis olunmasında yaxından iştirak edən şəxslərdən biriyəm. Hesab edirəm ki, bu qurumun fəaliyyətində gənclərə önəm verilməlidir. Ötən qurultayda mən idarə heyəti üzvlüyünə namizəd olmadım. Düşünürəm ki, 60 yaşı keçən hər kəs gənclərə meydan verilməsinə şərait yaratsalar yaxşı olardı".
Əməkdar jurnalist, MŞ idarə heyətinin üzvü Azər Həsrət hər kəsi Ə.Amaşovun hesabatını qəbul etməyə çağırdı: "Mətbuat Şurası bəzən şəxsləşdirilərək gözdən salınmağa cəhdlər edilir. Bəzi qüvvələr hesab edir ki, qurum küçələrə çıxıb mitinq etməlidir. Digər istəklər də var. Bu adamlar elə düşünür ki, Mətbuat Şurasının vəzifəsi jurnalistləri qorumaqdır. Axı bu belə deyil. Burada gənclərə yer verilməsi təklifi səsləndi. Bunun mənə isti-soyuğu yoxdur. Amma unutmayaq ki, Mətbuat Şurası tipli qurumlar həm də Ağsaqqallar Təşkilatıdır. Burada təcrübə, peşəkarlıq da önəmlidir ".

Bələdiyyə üzvlüyünə gənc namizəd Fərid Şahbazlı kimdir? – DOSYE/FOTO –  Yenicag.Az

MŞ idarə heyətinə namizəd olan Fərid Şahbazlı: "Mən də yaşlı nəsillə gənc nəslin fəaliyyətinin birləşdirilməsi fikirləri ilə razıyam. Amma düşünürəm ki, bu qurumda yeni ruha ,enerjiyə ehtiyac var. Bu günə qədər Mətbuat Şurasının olan fəaliyyətini yüksək qiymətləndirmək lazımdır. Hər kəsdən dəstək gözləyirəm ".



Yeni Çağ media orqanın rəhbəri Aqil Əlsəgər Vətən müharibəsində jurnalist qazilərimizin olmasını önə çəkdi: "Bu qazi jurnalistlərimizə səs verək. Biz bir-birimizin arxasında duraq. Əks halda digər qurumlardan bizə hörmət olmayacaq".



"Yeni Müsavat " Media Qrupunun rəhbəri Rauf Arifoğlu: "19 il öncə bir qərar verdik. Bir körpü qurduq. İlk dəfədir ki, Azərbaycan jurnalistləri qurultayını qalib bir toplumun nümayəndələri kimi keçirir. Bunun üçün şəhidlərimizə minnətdarıq. Ali Baş Komandana təşəkkür edirik. İki ildir qalibiyyət xəbərləri yazırıq. Bu gün coğrafiyamız böyüyüb. Jurnalist olaraq iddialarmız böyüməlidir. Mətbuat Şurası yenilənməlidir. 19 il öncə təsis olanda yalnız print Media var idi. İndi isə tamam fərqlidir. Bu gün hesab edirəm ki, sosial media fenomenlerini dəvət etməliyik. Bu vacibdir. Burada namizədliyə gənclər var. Onlara belə yerimi verməyə hazıram. 19 il öncə Əflatun müəllimin namizədliyini verdim və çox da sevindim. O zaman Əflatun Amaşov məni həbsxanada sədr kimi ziyarət etdi. O sahəsində ustadır. Gələcək fəaliyyətdə uğurlar arzulayıram".

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli: "Bizim prinsiplər heç zaman dəyişməməlidir. Harada olsaq bu cür olmalıyıq. Bizə yaşa yox, peşəkarlığa baxmalıyıq. Bu qurultay ən ali orqanımızdır. Burada qəbul olunan qərarlara əməl etməliyik. Gənclərə təbii ki, yer verilməlidir. Peşəkarlığa səs verin. Mətbuatın vəzifəsini anlamalıyıq".

Taleh Şahsuvarlı: “Haydı, İlqar Məmmədov, açıqla dairəni!”

AzNews saytının baş redaktoru Taleh Şahsuvarlı bildirdi ki, bu qurultay çox tarixi bir zamana təsadüf edir: Burada peşəkar insanlar əyləşib. Burada kimlər Mətbuat Şurasına seçilməlidir ya yox kimi fikirlər səsləndi. 44 günlük Vətən müharibəsində iştirak edən həmkarlardan iki namizəd var. Onlar indidən seçiliblər. Kim düzgün idarə heyətinə seçilsə, indidən Allah xeyir versin deyək ".

Rey Kərimoğlu: “Mehriban xanımın şəhid ailələrinə, döyüşçülərə münasibəti  çox fərqlidir”

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu: "Çıxış etmək fikrim yox idi. İki qazi namizəd olduğunu gördüm. Çıxış etməyi borc bildim. Onlara səs verməliyik".

Şəmsəddin Əliyev istefa verdi

“Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Ə.Amaşovun sədrlik zamanını çox yüksək qiymətləndirdi. O, Mətbuat Şurası nizamnaməsinə edilən dəyişikliklərin önəminin yüksək olduğunu söylədi.

Əflatun Amaşov II Qarabağ savaşının iştirakçılarından olan, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavini Bəhruz Məmmədzadəyğ səsverilməsinin vacibliyini önə çəkdi.

Bununla qurultay fasilə getdi.

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR