İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Arifoğlu 34 ilin "hesabatını" 18 dəqiqəyə necə bağladı: misli görülməyən mühasibatlıq... VİDEO

2921 09.11.2023 20:01 Gündəm A A

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu eyni adlı qəzetimizin 34 illiyi münasibəti ilə müsahibə verib.

Sevinc Telmanqızının suallarına cavab verən R. Arifoğlu 34 illik hesabatı 18 dəqiqəlik özətə sığışdırıb.

Maraqlı və tarixi foto - videolarla müşayiət olunan bu müsahibədə "Yeni Müsavat" qəzetinin mövludu, fəaliyyəti və missiyası ilə bağlı tarixi məlumatlar var.

"Yeni Müsavat" qəzeti 1988-cu ilin noyabrında Rauf Arifoğlu tərəfindən qurulub. İlk nömrəsi 10 noyabr 1989-cu ildə işıq üzü görüb. Həmin vaxt Azərbaycan Sovet İttifaqına daxil olduğu üçün redaksiya 1991-ci ilin noyabrına qədər gizli təşkilat kimi fəaliyyət göstərib.

İndiyə qədər qəzetimizun 8338 sayı dərc olunub. Bu, 22 il 9 ay dayanmadan işləmək, qəzet çıxartmaq deməkdir.

"Yeni Müsavat" qəzeti Azərbaycan milli azadlıq hərəkatının ən uğurlu və uzunömürlü layihəsi hesab olunur.

Hazırda bu qəzetin adına qurulan media qrupda Azərbaycan və rus dillərində fəaliyyət göstərən 4 sayt, TV Musavat adlı internet televiziyası, Telegram, Tik-Tok , İnstaqram, Facebook, "X" platformaları üzrə populyar səhifələr fəaliyyət göstərir. Ölkənin və regionun ən populyar xəbər portalları olan Musavat.com və Minval.az saytları "Yeni Müsavat" media qrupuna aiddir.

Bütün bunlar və 34 illik yola baxışla əlaqədar olaraq, Rauf Arifoğlunu dinləyək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR