Rusiya və Türkiyədə çox sayda cinayətdən mühakimə olunan “Çərkəz Çingiz” ləqəbli Çingiz Şıklaroğlu, 10 aylıq həbs cəzasını çəkmək üçün 100 maşınlıq konvoyla həbsxanaya gedib.
Avropa.info xəbər verir ki, 2005 -2016 illəri arasında hərbi casusluq, Çeçenistan prezidenti Ramazan Kadırova sui-qəsd cinayətlərindən Rusiyada mühakimə olun və bu ittihamlarla bəraət alan “Çərkəz Cingiz” ləqəbilli Çingiz Şıklaroğlu, 2016-ci ilin əvvəlində gəldiyi Türkiyədə bəzi ittihamlarla mühakimə olunaraq 10 ay həbs cəzası alıb. 10 ay həbsdə qalacaq Çingiz Şıklaroğlu sevənləri tərəfindən təşkil olunan təxminən 100 maşınlıq konvoyla Maltəpə həbsxanasına yollanıb.
Həbsxana qarşısında mətbuata açıqlama verən Çingiz Şıklaroğlu bunları deyib:
“Biz küçələrdə böyümüşük. Artıqlaması ilə bədəl ödədim. 10 aylıq cəza prosesim var. 10 aydan sonra da daha qüvvətli geri qayıdacağam. Mənim burada demək istədiyim budur ki, bu ölkənin mafiyaya yox, elm insanlarına, gerçək siyasətçilərə, real iş adamlarına ehtiyacı var. Qardaşlarımdan yeganə xahişim oxuyun və bir-birinizə sahib çıxın” deyə “Çərkəz Çingiz” qeyd edib.
Ardından sevənləri ilə vidalaşan Çingiz Şıklaroğlu cəzasını çəkmək üçün həbsxanaya girib.








