İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramzan Kadırov: "Qroznıda kilsə ziyarətçilərini girov götürmək istəyənlər məhv edilib"

986 19.05.2018 20:39 Son xəbər A A

Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznıda Arxangel Mixail kilsəsinə gələnləri girov götürmək istəyən dörd yaraqlı məhv edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov məlumat verib.

"Yaraqlılar Arxangel Mixail Kilsəsinə soxularaq orada olanları girov götürmək istəyiblər. Dərhal keçirilən xüsusi əməliyyat nəticəsində dörd yaraqlının hamısı məhv edilib", - o bildirib.

R.Kadırovun sözlərinə görə, aldığı güllə yarasında bir polis ölüb, kilsəyə ibadətə gələnlər arasında isə bir nəfər yaralanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR