İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Mehdiyevin göstərişi ilə hazırlanan təhqir yazısı silindi

2574 16.02.2022 13:13 Gündəm A A

Bir neçə gün əvvəl istefa verəcəyini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin göstərişi ilə hazırlanan yazı qurumun rəsmi saytından silinib.

Musavat.com-un "oxu.az"a istinadən məlumatına görə, AMEA Mətbuat Xidməti tərəfindən deputatlar, alimlər barədə hazırlanan təhqiredici yazı fevralın 10-da qurumun saytında yerləşdirilib.

Təbii ki, R.Mehdiyevin göstərişi ilə hazırlanan yazı adları çəkilən şəxslər tərəfindən ciddi narazılığa səbəb olub. Yazıda deputat - Fəzail Ağamalı, Etibar Əliyev, Musa Qasımlı, akademik Vaqif Abbasov və digər şəxslərin adı hallanıb.

Qeyd edək ki, yazı AMEA-nın rəsmi saytından silinsə də, “Facebook” səhifəsində qalmaqdadır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR