İnsanlara hürriyət, millətlərə istiqlal!

RAMİN MUSAYEV FUTBOLÇULARI TƏNQİD ELƏDİ

988 28.05.2010 09:14 İdman A A
Unibankın İdarə Heyətinin sədri Faiq Hüseynov PFL-lə birgə təşkil etdiyi layihənin uğurla sona çatdığını, bu əməkdaşlığın gələn il də davam edəcəyini bildirib: “Bu, hamımız üçün böyük təcrübə oldu. Futbola olan maraq son bir ildə kifayət qədər artıb. Burada medianın da böyük rolu var”.
PFL-in prezidenti Ramin Musayev isə deyib ki, aprel və may aylarında ayın futbolçusu mükafatını legionerlər qazanıb. O, bu fakta görə əvvəlki aylarda ayın futbolçusu olmuş yerli futbolçuları tənqid edib: “Bizim futbolçuları bir az tərifləyəndə, qəzet-jurnallarda şəkilləri gedən kimi dəyişirlər. Amma bu gün mükafat alan legionerler də Azərbaycan futboluna xidmət edən şəxslərdir”.
R.Musayev sonuncu futbol çempionatının yekunları barədə də danışıb. O deyib ki, əgər bir çempionatda çempion komanda son saniyələrdə məlum olursa, bu, Azərbaycan futbolunun inkişafından xəbər verir.
R.Musayev növbəti mövsümdə Unibank Premyer Liqasında çıxış edəcək MOİK və “Gəncə” klublarına uğurlar arzulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR