İnsanlara hürriyət, millətlərə istiqlal!

RAMİN DEKOYA XƏBƏRDARLIQ EDİLİB

2238 04.04.2011 19:02 Media A A
Ramin Deko hadisənin təfərrüatı barədə bunları deyib: “Aprelin 2-də İctimai Palatanın Bakıda keçirdiyi mitinq başa çatdıqdan sonra işə qayıtdım. Məlum oldu ki, Səbail Rayon Polis İdarəsində həmkarlarımızdan Şahvələd Çobanoğlu və onlarla mitinqçi saxlanılıb. İşi tez yekunlaşdırıb Səbayel Rayon Polis İdarəsinə getdik. Təxminən üç saatdan sonra onların bir çoxunu azad etdilər. İdarədə olan beş nəfər barəsində cinayət işi açıldığı üçün onların azad edilməyəcəyi xəbərini aldıq. Daha orada gözləməyin bir mənası olmadığı üçün evə qayıtmalı olmadıq. Gec olduğundan Qan Turalıgilə getdim. Aprelin 3-ü səhər saat 10 radələrində köşkdən qəzet alıb evə gedən zaman üç mülki geyimli şəxs mənə yaxınlaşıb, onlarla gedəcəyimi dedi”.
Ramin Dekonun sözlərinə görə, onu aparanlar boş yerə səs-küy salmamağı məsləhət görüblər. Bildiriblər ki, istənilən halda onu aparacaqlar: “Kim olduqlarını soruşdum, “sonra bilərsən” dedilər və məni ağ rəngli VAZ-2107 markalı maşına mindirdilər. Telefonla zəng eləmək istəyəndə əlimdən alıb söndürdülər. Heç bir problemin olmayacağını, tezliklə buraxılacağımı söylədilər. Yol boyu niyə bu qədər aktiv olmağımdan, insanları üsyana səslməyimdən, sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar yazmağımdan söhbət etdilər, bunların yaxşı olmadığını, dövlətə, dövlətçiliyə ziyan olduğunu dedilər. Sonra məni Maştağa istiqamətinə apardılar. Açığı, birinci dəfə idi ki, o yerlərdə olurdum. Orada da eyni məzmunlu söhbət etdilər. Bir qədər də irəli gedib Heydər Əliyev haqda söhbət etdilər. Onun Azərbaycan üçün elədiklərini mənə başa salmağa çalışırdılar”.
Reportyorun sözlərinə görə, ona ağıllı olmağı məsləhət görüblər: “Məsləhət kimi bildirdilər ki, “Azadlıq” qəzetində işləməkdənsə “Yeni Azərbaycan”, “Xalq qəzeti” kimi qəzetlərdə işləmək daha məqbuldur. Təxminən 4 saata yaxın söhbətdən sonra məni geri qaytardılar. Bu dəfə qara rəngli xarici maşın idi. Onlara getmək istəmədiyimi bildirdim. Bunun mümkün olmadığını diqqətimə çatdırıb yenə zorla maşına mindirdilər. Dəfələrlə “ağıllı” olmağı məsləhət verdilər. Hətta “ağıllı” olacağım təqdirdə mənim də belə maşına sahiblənəcəyimi, daha evə gedəndə marşrut gözləməyəcəyimi vurğuladılar”.
Ramin Deko deyir ki, onu Ziya Bünyadov prospektində düşürdüblər: “Yenidən iki nəfər girib qoluma məni yaxınlıqdakı Naxçıvani küçəsinə apardı. Telefonumu qaytarıb, geri döndülər”.
Ramin Deko bildirib ki, istər yolda, istərsə də evdə ona fiziki təzyiq göstərilməyib: “Sadəcə məsləhət verirdilər ki, bunu yaz, bunu yazma”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR