RAMİN DEKO OĞURLANMASI İLƏ BAĞLI YENƏ İFADƏ VERİB
Ramin Deko bildirib ki, DİN-in Daxili Təhqiqatlar İdarəsində baş inspektor polkovnİk-leytenant Hikmət Babayev ondan izahat alıb: “Hadisənin necə baş verdiyini danışdım. Aprelin 3-də oğurlanmağım, 4-də döyülməyim faktını izahatda yazdım. Sonra məni Daxili Təhqiqatlar İdarəsinin rəis müavini polkovnik-leytenant Əziz Hidayevin yanına apardılar. Onunla söhbət etdik, hadisələrin necə baş verdiyini danışdım. Mənə dedilər ki, iş obyektiv, hərtərəfli araşdırılacaq. Lakin mən buna inanmıram. Oğurlanmağım və döyülməyim faktının üstünün açılacağına ümidim yoxdur. Polis bunun üstünü açmaq istəsəydi, çoxdan edərdi”.
Xatırladaq ki, aprelin 3-də mülki geyimli naməlum şəxslər Ramin Dekonu avtomobilə oturdub şəhərdən kənara aparıblar, onunla söhbətləşiblər, jurnalistə “ağıllı” olmağı məsləhət görüblər.
Aprelin 4-də günortadan sonra “Azadlıq” qəzeti bu haqda ictimaiyyətə məlumat verib, jurnalistin açıqlamasını yayıb. Bir neçə saat sonra redaksiyadan çıxıb evə gedərkən Milli Elmlər Akademiyasının yanında Ramin Deko tanımadığı iki nəfərin hücumuna məruz qalıb və döyülüb. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin döymə maddəsi ilə cinayət işi açılıb.