İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramin Bayramlının atasının sensasion müsahibəsi, Tağı Əhmədovun adam döydürməsi – Sevinc Telmanqızı ilə “Canlı”

1313 14.09.2021 13:42 Gündəm A A

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin İdarə Heyətinin sədri Ramin Bayramlının gözlənilmədən istefası gənc kadrla bağlı məsələni də gündəmə gətirib. Çünki hazırda koronavirus xəstəxanalarının baş həkimlərinin məhkəməsi də davam edir. Həbs edilən baş həkimlərin karyeralarına baxırsan, adam heyrətə gəlir. Yaxşı təhsil, xarici ölkələrdə praktika, prestijli hospitallarda baş həkimlik, elmi işlər və... Sonda isə bu boyda ləkə! “Ölkədə cavanlara yol açmaq lazımdır” deyib hakimiyyəti qınayanlar indi həm də “bu da cavan dediyimiz kadrlar”mıəyusunu yaşamaqdadırlar. Əlbəttə ki, ölkədə vicdanlı, əqidəli, gözütox cavan kadrlar da var . Amma təəssüf ki, onların əksəriyyəti iş tapa da bilmir.

R.Bayramlının da gözlənilmədən istefası onun işindən narazılıq olduğunu təsdiqləyir. İddialar var ki, hüquq-mühafizə orqanlarında R.Bayramlının həbsə aparacaq daha ciddi faktlar ola bilərdi və R.Bayramlı da bunlardan ehtiyat etdiyindən istefa verib. Bu iddiaları təsdiq edən daha bir fakt da odur ki, Hesablama Palatası R.Bayramlının vəzifədə olduğu dövrü araşdırırdı-.Gənc kadrların bəziləri, xüsusilə səhiyyə sistemində korrupsiyaya yuvarlanması faktları niyə çoxdur? Gənc kadrların etimadı doğrultmamasının səbəbləri nədir?

R.Bayramlının atasının müsahibəsindəki gizli kod nədir, nədən xəbər verir?

Ermənistanda üç aylıq daha bir hərbi toplanış başlayır-İrəvanda hal qaldımı...

Ermənistanda ehtiyatda olan hərbçilərin görünməmiş miqyasda toplanışı davam edir. Birinci mərhələ hələ avqustun 25-də üç ay müddətinə başlayıb, ikinci üçaylıq toplanış mərhələsinə sentyabrın 15-də start veriləcək. Beləliklə, ilin sonunadək bir neçə min ehtiyatda olan hərbçinin "çıxdaş edilməsi" planlaşdırılır, “Sputnik Armeniya” yazır.

Keçmiş zabit, hərbi icmalçı Narek Nersisyan qeyd edir ki, Ermənistanda belə miqyaslı toplanışlar 15 ildir ki, keçirilməyib, halbuki, müdafiə haqqında qanun hər il toplanışların keçirilməsini mütləq şərt edir. Bununla belə, müdafiə büdcəsində hərbi toplanışların xərci ayrıca maddə üzrə göstərilməyib. Və indi hakimiyyətin itirilmişlərin yerini doldurmağa qərar verdiyi bir vaxtda hazırkı toplanışlar çoxlarında təəccüb doğurur. "Lakin deməliyəm ki, qeyri-adi heç nə baş vermir, Ermənistan hələ də müharibə vəziyyətindədir. Hərbi-siyasi, hətta elmi nöqteyi-nəzərdən müharibə ancaq o zaman bitmiş olur ki, tərəflərdən biri qalib gəlir...” Nersisyan “Sputnik Armeniya”ya müsahibəsində deyib.

İşğalçı Dağlıq Qarabağ rejiminin başçısı Araik Arutunyan isə sentyabrın 13-ü Xankəndidə hərbi toplantı keçirərək yeni “ordu komandanı” Kamo Vardanyanı təqdim edib. Sentyabrın 11-də Mikael Arzumanyanı əvəzləyən 1966-cı il təvəllüdlü general-mayor Kamo Vardanyan işğalçı orduda 1 fevral 1992-ci ildən qulluq edir, sentyabrın 11-dək “qərargah rəisi”, “ordu komandanının birinci müavini” olub.
Mikael Arzumanyan 2020-ci il oktyabrın 27-dən “ordu komandanı” idi.

Ermənistan ordusunun 15 ildən sonra miqyaslı toplanışlar qərarı diqqət çəkir. Görünür, Rusiya müharibədə dağıdılmış Ermənistan ordusunun rezervlərini nəzərdə keçirir. Çünki müharibədə rezervlər ordunun əsas qüvvələrindən hesab olunur. Buna paralel olaraq Araik Arutyunyan da “ordu rəhbərlyini “ dəyişir.
Ermənistan ordusunu nəyə hazırlaşır? Daha bir maraqlı məqam Ermənistanda əhval-ruhiyyəni dəyişməsədir. Bir neçə ay əvvələ kimi “biz müharibədə biabırçı şəkildə uduzduq” əhval ruhiyyəsinin yerini indi “müharibə hələ bitməyib” kimi sərsəmləmələr tutmaqdadır. Doğurdanmı, ermənilər hələ də düşünürlər ki, müharibə bitməyib, Qarabadakı vəziyyəti öz xeyirlərinə dəyişə bilərlər?

Zəfər bayramında Şuşadakı Türkiyə konsulluğu açıla bilər-düşmənə daha bir gözdağı...

Bu ilin iyun ayının 15-də Şuşada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Şuşa Bəyannaməsi”nin imizalanması törənində bəyan etdi ki, ən qısa zamanda Türkiyənin Şuşada baş konsulluğu açılacaq. Türkiyə Şuşada konsulluq açmaqla Azərbaycanın ərazi bütövlüyü, xarici təhlükələr məsələlərində Azərbaycana qeyd-şərtsiz dəstəyin bir daha təsdiqlənməsi olacaq . Şuşada baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar açır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qara¬bağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir. Şuşada konsulluğun açılması¬nın iqtisadi əhəmiyyəti ilə yanaşı, həm siyasi, həm də mənəvi tərəfi vardır. Bu, Qarabağda Türkiyənin varlığının bir daha təsdiqi deməkdir. Bu, eyni zaman¬da, bütün dünyaya verilən siyasi, diplomatik bir mesajdır. Bəzi bilgilərə görə, iki aydan bir az zaman qalmış Zəfər bayramının birinci ildönümündə Şuşadakı baş konsulluq açıla bilər. Hətta Zəfər bayramı törənlərdə Türkiyəni “ali rəhbərliyinin” iştirak edə biləcəyi ilə bağlı da iddialar var.
Tağı Əhmədovun yeyə bilmədiyi milyonları-onun üçün də tunelin sonu göründü...

“Bakı Metropoliteni” QSC-nin keçmiş sədri, ötən həftə YAP-ın Yasamal təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılan, ləğv edilmiş MTN-nin rəhbəri olarkən Eldar Mahmudova 3 milyon dollar verib ondan canını qurtara bilmiş Tağı Əhmədovun adı bu dəfə dələduzluq işində çəkilir. Tağı Əhmədov indi də sələmə verdiyi milyonlarla manatı geri ala bilməyib. Ondan sələmə pul götürüb qaytarmamaqda ittiham olunanlar isə məhkəmə qarşısına çıxarılıb. İş üzrə üç nəfər təqsirləndirilən şəxs var: Qulu Muxtarov, Sahil Abuşov və Səadət Xəlilov. Onlar CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham edilirlər.

Adları çəkilənlərdən yalnız Xəlilov həbsdədir, digər iki nəfər barəsində istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Bir nəfər – Soltan Əliyev isə zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, təqsirləndirilənlər Əliyevin etibarından sui-istifadə edib, onun külli miqdarda pulunu alıb qaytarmayıblar.

Sentyabrın 10-da məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər bildiriblər ki, onlar pulu sələmlə götürüblər, buna görə aylıq faiz ödənilib. Sələmlə alınmış pullar isə Soltan Əliyevin yox, Tağı Əhmədovun olub.

Xatırladaq ki, Tağı Əhmədovun adı “MTN işi” üzrə zərərçəkən kimi keçirdi. Səbəb isə o idi ki, 2014-cü ildə MTN əməkdaşları general Akif Çovdarovun adından ona xəbərdarlıq mesajları göndəriblər, barəsində çoxlu şikayətlər daxil olduğunu deyiblər və pul verməli olduğunu bildiriblər. Tağı Əhmədov çıxış yolu olmadığını görərək Akif Çovdarova 3 milyon manat (o zamankı məzənnə ilə) verməyə razılaşıb, pulları dollar, avro və manat qismində şəxsən MTN generalına çatdırıb. Bununla da Mahmudovdan canını qurtara bilib.

Məhkəmədə isə Tağı Əhmədov 3 milyon manatı haradan aldığı haqda suallara belə cavab vermişdi: “40 illik əmək haqqım idi, yığıb saxlamışdım”
T.Əhmədovun milyonlarını necə toplayıb yada salaq. Niyə bu mənimsəmələrə görə məsuliyyətdən bu vaxtadək yayına billib? Hakim partiyanın Yasamal rayon təşkilatının sədrliyindən istefaya gndəriləndən sonra onun üçün tunelin sonu göründümü?

Qarabağakı rusiyalı sülhməramlılar...-sabiq amerikalı həmsədrdən sensasion iddia

ATƏT-in Minsk Qrupunda 1999-2001-ci illərdə amerikalı həmsədri Kerri Kavano Qarabağa Rusiya sülhməramlıların yerləşdirilməsi ilə bağlı sensasion açıqlama verib. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan danışan Kavano deyib ki, Rusiya sülhməramlılarının yerləşdirilməsi istisna olmaqla, bu razılaşmanın bütün elementləri Minsk Qrupunun həmsədrləri ilə müzakirə edilib. Kavanonun deməsinə görə, sülhməramlıların və ya müşahidəçilərin Minsk Qrupu ölkələrindən olmaması müzakirə edilib. “Düşünürəm ki, Rusiya bununla tam razılaşdı, çünki bu məsələyə siyasi cəhətdən ən sərfəli yanaşma idi”. Bəs, niyə Rusiya Qarabağa öz sülhməramlılarını göndərdi? “Düşünürəm ki, bu vəziyyətin təhlükə dərəcəsi, erməni tərəfinin nəzarətindəki əraziləri itirmək sürəti və Şuşa ətrafında hadisələrin sürətli inkişafı ilə əlaqədardır "deyə, Kavano bildirib.

Bu və gündəmdəki digər mövzuları aparıcı Sevinc Telmanqızının təqdimatında “Canlı debat” verilişində müzakirə etdik. İzləyin:

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR