2011-ci il noyabrın 23-də Rafiq Tağıyev xəstəxanada öldüyündən işin istintaqı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunaraq davam etdirilir. Noyabrın 26-da baş prokuror və daxili işlər naziri istintaq-əməliyyat qrupunun hesabatını dinləyib, cinayətin bütün iştirakçılarının qısa müddətdə tutulub məsuliyyətə cəlb olunması üçün zəruri olan əlavə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri müəyyən edilib, konkret tapşırıq və tövsiyələr verilib. İctimai rezonans doğuran bu hadisə ilə əlaqədar cinayət təqibi üzrə görülən işlər Azərbaycan Respublikası Prezidentinin xüsusi nəzarətindədir.
İstintaq araşdırmalarının nəticələri haqda əlavə məlumat veriləcək.






