İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramazan ayı ərzində Tehranın kafe və restoranlarının fəaliyyəti qadağan olunacaq

Tehran polisi Ramazan ayı ərzində ictimai yerlərdə oruc tutmadığını bəyan edən insanları cəzalandıracaq.

AZƏRTAC Tehran polis idarəsinin rəisi Hüseyn Rəhiminin vətəndaşlara etdiyi müraciətinə istinadən xəbər verir ki, kafe və restoranların fəaliyyəti axşam namazına kimi qadağan ediləcək. Sifarişlə yemək hazırlayıb evlərə və iş yerlərinə çatdıran restoranlar isə polisdən xüsusi icazə aldıqdan sonra fəaliyyət göstərə bilərlər.

Polis rəisi onu da qeyd edib ki, otel və kinoteatrlar da iftardan sonra fəaliyyət göstərə bilərlər.

Xatırladaq ki, bu gecədən başlayaraq müsəlman aləmi müqəddəs Ramazan ayına qədəm qoyacaq.

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2019

BÜTÜN XƏBƏRLƏR