İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramana sakinləri aksiya keçirdilər: tələb kanalizasiya sistemidir - FOTOLAR

1484 01.03.2019 13:32 Son xəbər A A

Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan sakinlər küçələrə çıxaraq, yolu bağlayıblar.

Musavat.com xəbər verir ki, sakinlərin əsas tələbləri budur ki, Şuşa şəhərciyinin kanalizasiya sistemi bərpa edilsin. Sakinlər bildiriblər ki, Şuşa şəhərciyinin kanalizasiya sistemi bərbad olduğu üçün həyətləri suyun içərisindədir. Sakinlərin sözlərinə görə, hər il qış aylarında yollara su yığılması səbəbindən, hərəkət edə bilmirlər. Bildiriblər ki, həyətlərinin də su ilə dolması evlərini yararsız ala salıb, aşınmaya məruz qoyub.

Aksiya keçirən sakinlərin tələbləri Sabunçu rayon icra başçısının əraziyə gəlməsi, kanalizasiya sisteminin çəkilişi ilə bağlı konkret göstəriş verməsi olub. Sakinlər bildiriblər ki, indiyə qədər dəfələrlə rayon icra hakimiyyətinə müraciət edib, problemlərini deyiblər. Onlara hər dəfə kanalizasiya sisteminin çəkiləcəyi ilə bağlı söz verilsə də, bu günə qədər əməl olunmayıb.

Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb, münasibətlərini aldıq. İcra hakimiyyətindən bildirildi ki, narazı sakinlərin şikayətlərinə baxılıb, müvafiq tədbirlər görüləcək.

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR