İnsanlara hürriyət, millətlərə istiqlal!

Fizuli Məmmədovun təşkilatı Rusiyada görüşlər keçirir - RAİ Sankt-Peterburqda

1420 21.10.2019 12:41 Son xəbər A A

Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovun başılıq etdiyi RAİ heyətinin Rusiyanın şimal-qərb regionlarına səfəri davam edir. Ötən gün Sankt-Peterburqa gələn nümayəndə heyəti II dünya müharibəsində şəhərin blokadası ilə bağlı tarixi məkanları ziyarət edib, həlak olanların xatirəsini yad edib.

Nümayəndə heyəti Sankt-Peterburqda yaşayan azərbayanlılarla bərabər Nizino kəndində qardaş məzarlığında torpağa tapşırılmış leytenant Hüseynbala Əliyevin məzarına əklil qoyub. Ərazi ilə tanışlıq zamanı Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov faşist Almaniyasının təyyarələrini öz həyatı bahasına məhv etmiş Hüseynbala Əliyevin məzarının və çevrəsini abadlaşdırılmasını öz üzərinə götürdüyünü bildirib.

Daha sonra heyət blokada qurbanlarının xatirəsinə Peskayov məzarlığında ucaldılan abidəni ziyarət edib.

Heyətin Sankt-Peterburqdakı növbəti dayanacağı mərhum prezident Heydər Əliyevin bir zamanlar təhsil aldığı DTK ali məktəbinin Qoroxov küçəsi 6 ünvanda yerləşən binası olub. Dövlət Təhlükəsiliyi Nazirliyinin ali məktəbi ötən əsrin 40-50-ci illərdinə bu ünvanda yerləşib və 1949 – 50 ci illərdə Heydər Əliyev burda təhsil alıb.

Ziyarətlərdən sonra Sankt-Peterburqun Azərbaycan icmasının fəalları ilə görüş keçirilib. Yığıncaqda Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovun gənc nəslin hərbi vətənpərvərlik tərbiyyəsi üzrə müşaviri, ehtiyatda olan general mayor Bağır Fətullayev, qurumun Leninqrad vilayəti üzrə təmsilçisi, Sankt-Peterburqun Bələdiyyə Şurasının deputatı Sabir Məsimov cıxış edərək diasporun gündəmi haqqında danışıblar. Müzakirələr zamanı qurumun fəaliyyət istiqamətləri ilə yanaşı mövcud problemlərin çözüm yolları haqqında fikir mübadiləsi olub. Çıxışçılar RAİ-nin, xüsusən qurumun prezidenti Fizuli Məmmədovun Rusiyadakı dağınız Azərbaycan diasporunu birləşdirmək təşəbbüslərini xüsusi vurğulayaraq prosesə dəstək verməyə hazır olduqlarını bildiriblər.

Günün sonunda Rusiya Azərbaycanlıları İttifaqı adından Sankt-Peterburqdakı “Bakı” Azərbaycan mətbəxi mərkəzində Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə soydaşlarımıza ziyafət verilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR