İnsanlara hürriyət, millətlərə istiqlal!

RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

3098 05.02.2012 09:28 Media A A
Eləcə də fərdi qaydada fəaliyyət göstərən nümayəndəsi vəkil Elçin Sadıqovun istintaq qarşısında qaldırdığı vəsatətlərə baxılıb, müvafiq prosessual qərarlar qəbul edilib. Bildirilir ki, istintaqın hazırki mərhələsində R.Tağını Kliniki Tibbi Mərkəzə gətirən, təcili yardımın həkimlərinin, müalicəsi ilə məşğul olmuş tibb işçilərinin məsuliyyətsizliyini təsdiqləyən faktlar aşkarlanmayıb
Vəkil Elçin Sadıqov isə “Mediaforum”a qeyd olunan məlumat haqda deyib ki, istintaq qrupundan qanunla ona  verilməli olan hər hansı məlumat almayıb: “Əgər bizə qanunla müəyyən olunmuş qaydada cavab verilsəydi, məhkəməyə şikayət etməzdik. Biz məhkəməyə şikayət edəndən sonra həmin vəsatətlərin rədd olunması haqda qərar qəbul olunub. Bu, cinayətin üstünün ört-basdır edilməsinə hesablanıb”. Vəkil deyib ki, istintaq qrupu faktiki olaraq heç bir fəaliyyətlə məşğul olmadan, tədbir görmədən, zərərçəkən tərəfə qanunla verilməli olan məlumatları vermədən özünü tərifləməklə məşğuldur, ortada isə heç bir nəticə yoxdur". Vəkil istintaq qrupunun R.Tağının ölümündə həkimlərin məsuliyyətinin olmaması haqda verdiyi rəylə də razı deyil: “İstintaqın əsas məqsədi Rafiq Tağının qətlini adi kriminal hadisəyə çevirmək və cinayətin üstünü açmamaqdır”. Kameralara ətraflı baxılması və ərazidəki telefon danışıqlarının hansı telefon nömrələrindən aparıldığının müəyyənləşdirilməsi cinayətin üstünün açılması üçün kifayət olduğunu deyən E.Sadıqov maraqlı bir detalda açıqlayıb: “Biz birmənalı olaraq belə bir fərziyyə irəli sürürük ki, bir nəfər R.Tağını iş yerinin yaxınlığında gözləyib, izləyib, hadisə yerinə gəlib və ora az qalmış qatilə xəbər verib”.
İctimai Təhqiqat Mərkəzinin rəhbəri İlqar Altay isə bildirdi həkimlərin məsuliyyətini istisna etmək üçün xüsusi ekspertiza keçirilməlidir: “Bu, komisyon ekspertizadır. Çox ağır və çətin ekspertizadır. Burda yüksək ixtisaslı professorlardan rəylər alınır, laboratoriya analizləri keçirilməklə yanaşı meyitin müayinəsinin analizi aparılır. Şahidlər və həkimlər dindirilir. Bundan sonra həkimlərin məsuliyyətinin olub-olmaması deyilə bilər”.
R.Tağının qətlindən sonra baş prokuror Zakir Qaralovun “Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun təhlükəsizliyi ilə bağlı açıqlama verməsini xatırladan İ.Altay bildirdi ki, belə məlum olur ki, istər-istəməz  istintaqda bu işlə bağlı İrana qarşı şübhə var: “Şübhə varsa niyə bu versiya birbaşa araşdırlımasın? İranlı ayətullahlar tərəfindən Azərbaycan vətəndaşına ölüm fitvası verilibsə istintaq İrana sorğular verməli və ora gedilməli idi. Bu istintaqçının borcudur. İran versiyasının üstündən keçmək olmaz.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR