Türkiyəli müğənninin keçmiş həyat yoldaşı döyülüb.
Musavat.com xəbər verir ki, maniken Ceren Kaplakarslanla birgə onun aktirsa anası Nuray Deveci də döyülüb.
Sevgilisi tərəfindən tapanca ilə döyülən maniken və anası ağır xəsarətlər alıb. Hazırda onlar xəstəxanaya yerləşdirilib. Döyülən aktirsa 6 aylıq hamilə olub.
Hadisə sentyabr ayının 1-də baş verib. Belə ki, gənc aktirsa körpəsinin vəziyyətini yoxlamaq üçün özəl xəstəxanaya gedib. Bir neçə dəqiqə sonra xəstəxanaya gənc aktirsanın sevgilisi Temel Kankıran gəlib.
Xəstəxanadan çıxarkən cütlük arasında mübahisə yaşanıb. Həmin anda belindəki tapancanı çıxaran iş adamı Temel Kankıran sevgilisinin başına dayayıb.
Mübahisəni sakitləşdirmək üçün araya girən gənc aktirsanın anası Nuray Deveci qızını maşına mindirərək oradan uzaqlaşdırmağa çalışıb. Lakin həmin anda iş adamı gənc manikenin anasına da silahın arxa hissəsi ilə xəsarət yetirib. İş adamı daha sonra sevgilisi və onun anasına təpiklə zərbələr endirib.

Hadisəyə çevrədəki insanlar müdaxilə edib. Məsələ ilə əlaqədar Ataşehir Asayiş Bürosu cinayət iş başladıb. Polisə müraciət edən maniken və aktrisa Ceren Kaplakarslan qorxu dolu anlardan danışıb.
Gənc maniken hadisəni bu cür izah edib: "Təxminən 3 ilə yaxın Temel Kankıran ilə yaşadım. Ondan 6 aylıq hamiləyəm. Lakin 1 il əvvəl ayrılmışıq. Ayrıldığımızdan 2 ay sonra məni təhdid etməyə başladı. Bundan sonra yenidən barışdıq. Hadisə günü xəstəxanaya yanıma gəldi. Mənim instagram hesabımla bağlı bəzi suallar verdi. Daha sonra mübahisə etməyə başladıq. Gerisini də bilirsiniz".
Hadisədən bir müddət sonra iş adamı Temel Kankıran "Glock" markalı tapancası ilə birlikdə polisə gedərək təslim olub. Temel Kankıranın ifadəsi alındıqdan sonra həbs olunaraq həbsxanaya göndərilib.
Qeyd edək ki, döyülən maniken Ceren Kaplakarslan məşhur müğənni Rafet El Romanın keçmiş həyat yoldaşı olub. Onlar 2014-cü ildə Almaniyada evlənmişdilər.
Turan Oruc
Musavat.com
![]()








