İnsanlara hürriyət, millətlərə istiqlal!

Rafael Hüseynov: “Xaricdən gələn investisiyalara vergidən azadetmə və güzəştlər tətbiq edilsin”

402 14.11.2019 15:26 İqtisadiyyat A A

“2020-ci ilin dövlət büdcəsində Azərbaycan kinosunun inkişafı üçün 7,5 milyon manat vəsait ayrılıb”. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentdə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı dedi.

Komitə sədri bildirdi ki, parlamentin Mədəniyyət, Əmək və sosial siyasət komitəsi və Mədəniyyət Nazirliyinin iştirakı ilə “Kinemotoqrafiya haqqında” yeni qanun layihəsi hazırlanıb: “Həmin qanunda Azərbaycan kinosunun inkişafı ilə bağlı bir neçə məqam öz əksini tapıb. Onlardan ikisi də vergi məsələləri ilə bağlıdır. Biz verginin vacibliyini anlayırıq. Ancaq kinonun inkişafı üçün müəyyən zaman üçün gözəştlər istəyirik. Bunun üçün biz keçmiş Vergilər nazirliyinə, indiki birləşmiş struktura müraciət də etmişik. Bu müraciət ondan ibarətdir ki, xaricdən gələn investisiyalara və kino istehsalı ilə bağlı vergidən azadetmə, güzəştlər tətbiq edilsin”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR