Qvatemalada yük avtomobilinin törətdiyi yol-nəqliyyat qəzası nəticəsində azı 30 nəfər ölüb, 4 nəfər yaralanıb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə rəsmilər açıqlama yayıblar.
Bildirilib ki, hadisə Panamerika avtomobil trasında, Solola bölgəsinin Nauala bələdiyyəsi ərazisində baş verib.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.






