İnsanlara hürriyət, millətlərə istiqlal!

Qvatemala Futbol Federasiyasının sabiq prezidenti rüşvət aldığını etiraf edib

381 30.07.2016 06:13 Dünya A A
FİFA-dakı korrupsiya qalmaqalının iştirakçılarından biri,  Qvatemala Futbol Federasiyasının sabiq prezidenti Brayan Himenes günahını etiraf edib.
 
APA-nın “Associated Press”-ə istinadən verdiyi məlumata görə, 62 yaşlı B.Himenes futbol matçlarının yayımı və marketinq hüquqlarının satışı zamanı korrupsiya yol verməkdə günahlandırılır.
 
Yanvarın 12-də saxlanılan B.Himenes mart ayında ABŞ-a ekstradisiya edilib. Onu hər maddəyə görə  20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
 
Qeyd edək ki, 2015-ci ilin mayında FİFA-da korrupsiya qalmaqalı baş vermiş, təşkilatın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. Ötən ilin dekabrında isə daha 16 FİFA funksionerinə qarşı ittihamlar irəli sürülüb. Korrupsiya ilə bağlı qalmaqal FİFA prezidenti Yozef Blatterin istefa verməsi ilə nəticələnib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR