İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qurudub gətirdim, çay sahilində yaxalandım” – Keçmiş məhkum yenidən həbs olundu - VİDEO

839 21.06.2017 20:52 Ölkə A A

Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə Mingəçevir şəhəri ərazisində bir nəfərin narkotik vasitəni satacağı barədə əməliyyat məlumat daxil olub.

ARB TV xəbər verir ki, polis əməkdaşlarından ibarət əməliyyat qrupu Kür çayının Mingəçevirdən keçən hissəsinin sahilində quraşdırılan yanalma körpüsünə yollanıb.

Həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən ünvanda Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Tariyel Abdulkərimov şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilib. Üzərinə baxış keçirilərkən ona məxsus idman çantasından ümumi çəkisi 4 kiloqram 600 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Tariyel Abdulkərimov – Saxlanılan şəxs: “Şəki ərazisindən yığmışam. Baltalı kəndindən. Satmaq niyyəti ilə qurutdum, gətirdim Mingəçevir şəhərinə. Kür çayının sahilində polislər tərəfindən yaxalandım. Çəkdilər, dedilər, 4 kilo, 700 qram”.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR