İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Yetirmişli Celal Şengörün Azərbaycanda zəlzələ olacağı ilə bağlı açıqlamasına aydınlıq gətirdi

1071 04.07.2023 12:01 Son xəbər A A

“İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda iyulun 4-ü gecə 00:01-də zəlzələ olacağını demişdi? Xeyr. Mən də deyirəm ki, Yaponiya, İran, Çində zəlzələlər olacaq. Olanda deyərsiniz demişəm”.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib.

“Fevralın 6-da Türkiyənin bir sıra bölgələrində zəlzələ olandan sonra İstanbulda zəlzələ olacağı deyildi. 20 milyonluq şəhər əhalisi zəlzələ anını oturub gözləməlidir? Bu, absurddur. Ona görə deyirəm ki, şayiələrə inanmayın”, - deyə o, qeyd edib.

Xatırladaq ki, türkiyəli akademik, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda 7,5 bal gücündə zəlzələ olması ehtimalını qeyd etmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR