İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov: "Reynaldo barədə Bakıya qayıdandan sonra konkret məlumat verəcəyik"

740 13.12.2018 05:27 İdman A A

"Reynaldo haqqında hələ tam qərar verilməyib. Belə bir fikir var. Bu barədə Bakıya qayıdandan sonra konkret məlumat verəcəyik".

"Report"un London bürosu xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov İngiltərədə "Arsenal"la keçirəcəkləri Avropa Liqasının VI tur matçından əvvəl mətbuat konfransında deyib.

"Təəssüf ki, hücumdakı problemlər bir oyuncu ilə həll olunmur. Ümumiyyətlə, komanda oyun planında hücum xəttində daha aktiv olmalıdır. Ayrı-ayrılıqda daha keyfiyyətli futbolçuların olması şərtdir. Belə bir transferimiz alınsa, inanırıq ki, problemimiz həll olunacaq".

 

Aytən Abbaslı

London

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR