İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov: "Qələbəyə baxmayaraq, arxayınlaşmayacağıq"

867 07.08.2019 00:12 İdman A A

“Qələbə qazanmağımıza baxmayaraq, bizim üçün çox çətin oyun oldu. Futbolçularımı təbrik edirəm, meydanda yaxşı vuruşdular".

APA-nın məlumatına görə, bunu Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL-lə Kiprdə keçirilən ilk oyunu barədə fikirlərini açıqlayıb. Ağdam təmsilçisinin çalışdırıcısı görüşdən sonra təşkil olunan mətbuat konfransında 2:1 hesablı səfər qələbəsinə şərh verib: “Rəqibin gücünü hamıya məlumdur və bilirdik ki, ilk dəqiqələrdən təzyiq yaradacaqlar. APOEL özünəməxsus oyun üslubu olan bir komandadır. Qələbəyə baxmayaraq, biz arxayınlaşmayacağıq. Yaxşı başa düşürük ki, bugünkü oyundan daha ağırı bizi Bakıda gözləyir. Bu qarşılaşmanı analiz edib, cavab matçında daha hazırlıqlı olmalıyıq".

Qeyd edək ki, “Qarabağ”ın qollarına ikinci hissədə fərqlənən Mahir Emreli və Maqaye Queye imza atıb. Kipr təmsilçisi yalnız son saniyələrdə Giorgos Merkisin sayəsində təsəlli qolu vurub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR