İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov Ndlovunun “diktator” sözünə cavab verdi: "Bu fikri pis qiymətləndirmirəm"

1373 07.05.2018 12:00 İdman A A

Dino Ndlovunun “diktator” sözünü pis fikir kimi qiymətləndirməzdim.

Oxu.Az-ın xəbərinə görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Neftçi” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bu, klubun kodeksində də yazılıb ki, futbolçu intizamlı olmalıdır. Şəxsi həyatına da diqqət yetirməlidir. Fikrimcə, bu, kluba verilən dəyərdi. Elə futbolçularımız var ki, oyun səviyyəsi hərdən aşağı düşür. Onlara nəzarət etmək lazımdı”, - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, bu gün, mayın 6-da keçirilən “Qarabağ” - “Neftçi” qarşılaşması “flaqman”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR