İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov: Millətlər Liqasının oyunları üçün milli komandaya yeni futbolçuların cəlb edilməsi mümkündür

727 02.10.2018 03:49 İdman A A

Millətlər Liqasında 4 oyunumuz var. Çox ciddi hazırlaşırıq. Hazırda əsas diqqətimiz Farer adaları ilə matça yönəlib.

AZƏRTAC xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Millətlər Liqası barəsində danışarkən deyib. 46 yaşlı mütəxəssis bildirib ki, oktyabrın 11-də III tur çərçivəsində Farer adaları ilə səfər matçında maksimum nəticə əldə etməyi düşünür.

Q.Qurbanovun sözlərinə görə, əvvəlki oyunlarla müqayisədə milli komandada dəyişiklik ola bilər. O, heyətdə yeni futbolçuların olmasının mümkünlüyünü söyləyib.

Qeyd edək ki, milli komanda oktyabrın 14-də IV tur çərçivəsində Kosovonu qəbul edəcək. D Liqasında III qrupda yer alan Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 2 xalla 3-cü pillədə qərarlaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR