İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov Hondanın "Neftçi"yə transferindən danışdı

822 13.03.2021 21:18 İdman A A

"Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov yaponiyalı ulduz futbolçu Keysuke Hondanın "Neftçi"yə keçidinə münasibət bildirib.

"Report"un məlumatına görə, 49 yaşlı mütəxəssis deyib ki, böyük adların Azərbaycan futboluna gəlməsi pis nəticə verməz.

Qurbanovun sözlərinə görə, belə adları görəndə azarkeşlərin futbola marağı artır: "Hər zaman belə şeyin tərəfdarı olmuşam. Çempionatımız azarkeşlərlə keçirilsəydi, daha maraqlı olardı. Hondanın "Neftçi"yə gəlməsi onu göstərir ki, komanda çox iddialıdır.

Belə futbolçuların çempionatda olması hər kəsə stimul verir. Uğurlar arzulayıram. Düşünürəm ki, doğrunu biliblər və belə transfer ediblər. Bəlkə də, bu, hələ başlanğıcdır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR