İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov: "Dandolk"la cavab matçında maksimum diqqətli olmalıyıq"

912 25.07.2019 03:15 İdman A A

"Bütün şəraiti nəzərə alsaq bizim üçün ağır səfər idi. Həm də bəzi zədəli futbolçularımızın olmasına görə oyun planımızda dəyişikliklər oldu”.

APA-nın məlumatına görə, bunu Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis Çempionlar Liqasının II təsnifat mərhələsinin “Dandolk”la İrlandiyada keçirilən ilk oyunu barədə fikirlərini açıqlayıb. O, matçsonrası mətbuat konfransında 1:1 hesablı səfər heç-heçəsinə şərh verib: “Rəqib həddindən artıq çox istəkli idi. Bizim üçün heç də asan olmadı. Amma futbolçuların hər birindən razı qaldım. Cavab matçında maksimum diqqətli olmalıyıq. İnanıram ki, qarşıdakı 1 həftəlik müddətdə komandanı oyuna istədiyimiz kimi tam hazır edəcəyik".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR