İnsanlara hürriyət, millətlərə istiqlal!

Quraqlıq münaqişəyə səbəb oldu: 42 nəfər həyatını itirdi

639 22.03.2024 18:24 Dünya A A

Çadda otlaq probleminə görə çobanlarla fermerlər arasında baş verən qarşıdurmalarda 42 nəfər həyatını itirib.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, ölkənin şərqindəki Tileguey bölgəsində çobanlarla fermerlər arasında yaşanan gərginlik münaqişəyə çevrilib.

Məlumata görə, bazar günü başlayan qarşıdurmalar çərşənbə gününə qədər fasilələrlə davam edib. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 175 nəfər saxlanılıb.

Qeyd edək ki, bəzi Afrika ölkələrində quraqlıq və daxili miqrasiya səbəbindən otlaq problemlərinə görə çobanlarla fermerlər arasında münaqişələr yaranır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR