İnsanlara hürriyət, millətlərə istiqlal!

Quranın “kopiyası” olmaz, terrorçunun “doğma”sı, “yad”ı...

1126 24.01.2023 20:18 Yazarlar A A

Avropanın göbəyində müqəddəs Qurani-Kərimin yandırılması kimi rəzil hərəkətə xristian-Qərb dünyasından “çırt” da çıxmadı. Susqunluq isə təqdir əlamətidir. Nəinki susqunluq, ABŞ rəsmisi Ned Prays, NATO baş katibi Yiens Stoltenberq bu barbarlığı utanmazzcasına ifadə azadlığın təzahürü adlandırıb üstündən keçdilər.

Bəs vicdan-inanc azadlığı ifadə azadlığı deyil? Bir ifadə azadlığı başqasına qarşı necə qoyula bilər? Milyard yarım insanın dini hisslərinə, müqəddəs saydığı dəyərə necə nümayişkaranə şəkildə həqarət edə bilərsən və bu zaman heç bir cəzaya, qınağa da tuş gəlməyəsən?

Bəziləri də guya vəziyyəti “yumşaltmaq” üçün iddia edir ki, yandırılan Quran yox, onun surəti olub. Quranın surəti, “kopiyası” olmaz! Allah kəlamları yazılan kitabların hamısı toxunulmaz statusdadır. Nə surəti, nə əsli. Eyni məntiqlə yüz milyonlarla insanın evindəki Quran kitablarının hamısı onun “surəti” deyilmi?

Yəni mahiyyət dəyişmir. İslam düşmənləri, qəlbi “möhürlənmiş” ateist-şeytanlar əslində bununla digər səmavi kitabları da aşağılayırlar. Çünki yandırılan Qurani-Kərimdə İncilin, Tövratın adları keçir. Demək, yandırılan həm də İncildir. Elə təkcə buna görə dinlərarası ədavətə xidmət bu alçaq əməl ilk olaraq xristian toplumu və onun ruhani mərkəzləri tərəfindən pislənməli idi.

Təəssüf, bunu görmədik. Yalnız Rusiya XİN-i sərt bəyanatla çıxış elədi. Halbuki hər şey qırağa, söhbət ifadə azadlıqlarından olan inanc azadlığına qarşı törədilən terror akrından gedir. Terrorçunun isə “doğma”sı, “yad”ı olmaz!

Bu yerdə “demokratik Qərb”in yadına salmaq pis olmaz: xristian dövlətlərinin hamısı dözümsüzlük və ayrı-seçkiliyə qarşı mübarizə ilə bağlı öhdəliklər götürüb. Bunlar ən əvvəl irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1965-ci il BMT Konvensiyası, dözümsüzlüyün, din və ya inanc əsasında ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında 1981-ci il BMT Bəyannaməsi, habelə 2010-cu il Avropa Şurasının müvafiq Xartiyasıdır. Bu sənədlərdə aydın göstərilir ki, hər hansı din və ya dini ayin haqqında tənqidi və hətta sayğısız fikir söyləmək ifadə azadlığı hüququ ilə bir araya sığmır! Hanı bəs?..

Qurani-Kərimin “Bəqərə” surəsində deyilir ki, “Dində məcburiyyət yoxdur”. Yəni Qiyamətdə hər kəs özünə cavabdeh olacaq. Sən Allaha, onun elçilərinə, kitablarına Cənnətə, Cəhənnəmə, Qiyamətə inanmaya, məscidə, kilsəyə getməyə, namaz qılmaya bilərsən. Öz işindir. İmansızlığın, allahsızlığın özü də bir inancdır - batil olsa da. Ancaq buna görə iman əhli səni asıb-kəsmirsə, təhqir eləmirsə, o zaman canın çıxsın, sən də onların inancına, müqəddəslərinə dözüm və sayğı göstər - əgər özünü azacıq mədəniyyət daşıyıcısı, heyvandan fərqli şüurlu məxluq sayırsansa!

Əlbəttə, artıq çoxdan “Qərb mədəniyyəti”ninin mühüm “brend”lərindən birinə çevrilən bu rəzil varlıqların layiqli cəzasını heç kim verməsə də, Uca Yaradan özü verəcək. Müqəddəs kitabımızda “Qiyamətə kimi Qurana zamin durmağı” vəd edən Allah isə cəzanı başqa bir bəndəsinin əli ilə də verə bilər, istədiyi başqa yolla da. Yaşayarıq, görərik. Bəzən isə belə olaylarla O, sadəcə, bəndlərini, insanlığı, iman əhlini sınağa çəkər.

Hələliksə görünən odur ki, məlum fitnəkar əməl müsəlmanlara qarşı nifrətini söz-ifadə azadlığı demaqogiyası ilə maskalayan Qərbin gerçək simasını bir daha açıb göstərdi. Böyük islam sivilizasiyasında “Qərb dəyərləri”nə antipatiyanı körüklədi. Zatən, bunu biz neçə vaxtdır dünyanın 1 nömrəli yalançı-saxtakar toplumuna - xristian ermənilərə Avropa, ABŞ, Avropa Parlamenti timsalında verilən dəstəkdən, Qarabağ məsələsindəki haqsız və riyakar mövqedən onsuz da bilirdik.

İndi lap yaxşı bilirik...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR