İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qurani - Kərim"-i yandıran irqçi millət vəkili müsəlmanları yenidən qəzəbləndirib - Video

1970 20.07.2019 13:44 Dünya A A

Qurani Kərimi yandıran, müsəlmanlara qarşı soyqırım təhdidləri ilə çıxış edən qatı irqçi siyasətçi Rasmus Paludan yeni çıxışı ilə yenidən medianın gündəminə düşüb.

Danimarkadan bütün müsəlmanları çıxarmaq və islamı qadağan etməyin vacib olduğunu bildirən Paludan müsəlman məhəlləsinə gedərək irqçi çıxışlar etməyə başlayıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, irqçi siyasətçi oraya getməmişdən öncə yanında təhlükəsizlik üçün polisləri də aparıb. Müsəlmanları provakasiyaya təhrik edərək, videoya çəkib.

Rasmus yaşanan bu hadisəni “Danimarkada ilk dəfə bir siyasətçi polis tərəfindən qorunmaq məcburiyyətində qalır”- deyərək həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Bu addımı ilə o, dünyaya müsəlmanların nə qədər şiddətə meyilli olduqlarını göstərməyə çalışıb.

Demək olar ki, Danimarkada hər il təşkil olunan iftar namazı zamanı qatı sağçılar bunu əngəlləmək üçün müxtəlif tədbirlər təşkil edirlər. Bu tədbirlərdən biri də Rasmus Paludanın başçılığı ilə təşkil olunub.

Belə ki, Danimarka parlament binası önünə toplaşan qatı sağçılar insanların namaz qıldığı bir vaxtda "Qurani-Kərim"-i yandırıblar.

"Düşmənimiz İslam və müsəlmanlardır"

Paludan 2018-ci ildə paylaşdığı bir videoda "düşmənimiz İslam və müsəlmanlardır. Dünyada tək bir müsəlman belə qalmamalıdır. Ancaq o zaman arzumuza çatarıq" - deyərək sanki soyqırım çağırışı edib.

Paludan 2017-ci ildən “Stram kurs” adlı qatı sağçı partiya yaradıb. Bu partiya da Danimarkada müsəlmanlara qarşı təşkil etdikləri tədbirlərlə adlarından söz etdirirlər.

Qeyd edək ki, keçən il Paludan afrikaklıların zəka səviyyəsi digər millətlərə nisbətən aşağıdır dediyi üçün Danimarka məhkəməsi tərəfindən cəzalandırılıb.

Məleykə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR