İnsanlara hürriyət, millətlərə istiqlal!

Quran kursundan oğurluq etməyə çalışan şəxs yüksəklikdən yerə çırpıldı - VİDEO

1092 17.09.2022 21:06 Hadisə A A

Türkiyənin Sakarya şəhərində Quran kursunun kondisioner mühərrikini oğurlayan oğru hündürlükdə yerə yıxılıb.

Musavat.com xəbər verir ki, səsdən sonra bayıra çıxan və oğrunu görən bina sakini şübhəlinin qaçmasının qarşısını almaq üçün mübarizə aparıb.

Oğrunun yerə çırpıldığı anlar və yerli sakinlə mübarizəsi təhlükəsizlik kamerasına əks olunub.

Hadisə sentyabrın 14-ü səhər saatlarında baş verib. Məlumata görə, Quran kursuna gələn D.Y. adlı şübhəli kondisionerin motorunu oğurlayıb. Oğurladığı materialla binanın terasından enmək istəyən şübhəli müvazinətini itirərək yerə çırpılıb. Bu vaxt səsləri eşidib binanın terasına çıxan bina sakini oğrunu görüb. Vətəndaş oradan nərdivanla qaçmağa çalışan oğrunun qarşısını almağa çalışıb.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR