QUM ÜSTDƏ TUMANÇAQ SABİTLİK
Artıq konkret nəticə də var. Dünən eşitdiyim iki xəbərdən bu qənaətə gəldim ki, camaatımız qədim yunan fəlsəfəsi ilə qədim Roma ədəbiyyatını artıq tam əxz edərək bu elmləri tamam-kamal başa vurub. O elmlərdən ən çox da bu məşhur tezisi mənimsəyib: “Sizi idarə edənlər necədirsə, siz də eləsiniz”. Amma burada dərin elmi mübahisələrə yol açan incə məqam var. Camaatımız XXI əsrdə YAP-ın elmə atalıq qayğısı, müdrik rəhbərliyi və yolgöstərənliyi sayəsində apardığı elmi araşdırmalarda o qənaətə gəlib ki, antik müəlliflər fəlsəfi nəticə çıxaranda azca tələsib. Cümlə əslində belə olmalı imiş: “Sizi idarə edənlər necədirsə, siz də çalışıb elə olmalısınız”.
Bu postulata sarılan camaatımız sözügedən istiqamətdəki çalışmalarını uğurla davam etdirir. Qədirbilən xalqımız onu idarə edənlərin ölkədə hər şeyi, az qala vətəndaşın şalvarını da oğurlamağa çalışdığını görəndə düşünür ki, mən də bir şey çırpışdırmasam, ayıb, hətta dövlətçilik təfəkkürünə xəyanət olar. Dünyada hörmətimiz düşər. Deyərlər bu nə təhər ölkədir ki, hakimiyyəti oğurlayır, rəiyyəti yox, bunlarda heç iqtidar-xalq həmrəyliyi-filanı yox imiş ə... Bu üzdən camaat da oğurlamağa həvəslənir.
Bəs nə oğurlayaq? Neft? Yox, onun sahibi var. Qaz? Ala, budu ha, o da yiyəsiz deyil. Balıq, kürü? He, he, fövqəladə dərəcədə güclü qatıqlama sayılar bu. Yiyəsi var. Pambıq, meşə odunu, “Jalə” şirəsi, dövlət büdcəsi? Tullan ə, ölmüşdü YAPkişi. Onlar da ayrı-ayrı adamlarındır. Xalqımız da düşünüb çıxış yolu tapır: olmasın dövlət büdcəsi, olsun toyuq fərəsi. Beləliklə, pullu, rifahlı, YAP-lı, sabit ölkəmizdə xırda oğurluq analoqsuz şəkildə çiçəklənir.
Son iki xəbər isə bizdə oğurluq sənətinin indiki fantastik səviyyəyə çatanadək şərəfli inkişaf yolu keçdiyini göstərir. Bakıda kanalizasiya quyularının dəmir qapaqlarının oğurluğu vüsət alıb. Milli iqtisadiyyatımızın bu sektorunda yekə bir banda yaranıb. Qapağın biri 70 manatdan uçur. Onun qiymətinin düşməsi haqda təzə məlumat olmasa da vətəndaşlarımızın açıq kanalizasiya lyuklarından bu hakimiyyətin və ona oxşamağa çalışan camaatımızın zibilinə düşməsi haqda qəttəzə xəbər var. Dünən Binəqədidə 6 yaşlı uşaq qapaqsız kanalizasiya lyukuna düşüb ölüb. Srağagün 10 maşın Nəqliyyat Nazirliyinin qabağında hakimiyyətin zibilinə düşüb: maşınların biri açıq lyuka düşüb, ardınca zəncirvari qəza olub.
Sivil, hüquqi və demokratik dövlətçiliyimiz oğurluq sənətinin inkişafının daha bir təntənəsini yaşayıb. O gün 25 vətəndaşımız lüt-üryan halda toplaşıb Binəqədidəki 4-cü polis bölməsinin qabağına. Demə, onları idarə edənlərin əməlindən vəcdə gələn milli oğrularımız bu kişilərin çimərlikdəki şalvarını oğurlayıbmış. Xalq da hökumətin yaxasından yapışıb ki, bizi tumançaq qoyanları tut.
Mən bu məsələdə şalvarsızları yox, iqtidarı dəstəkləyirəm. Qardaş, siz nə cürətlə şalvarınızı soyunub dəniz qırağındakı qumun üstünə qoyursunuz? Bə bilmirsiniz ki, qum bizdə lap qədimdən müqəddəs nemət sayılır, onun üstündə şalvar yox, inhisarçılıq olmalıdır? Bərəkətli məhsul olan qumun zəngin tarixi var. Hətta adaya, neft yatağına da Qum adı qoymuşuq - Qum adası, “Qum-Dəniz” yatağı. Qum strateji məhsul olmasaydı, onu dəniz sahilindən yığıb satmaq hüququnu bir monopoliya kimi götürüb Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənova bağışlayardılarmı?
Bu, çox ağıllı addımdır. Əvvəla, sənə qumu indən belə ikiqat baha satsalar da o, standart olacaq. Qabaq biabırçılıq idi. Bir maşın qumu 100 manata alırdın, baxırdın ki, verdiyin pula dəymir, qum dənələrinin biri böyükdür, o biri balaca. İndi 200 manata alacaqsan, amma standart olacaq. İkincisi, qum kilo və dənə ilə yox, kubmetrlə satılır. Metrologiya elmi əsasında yəni. Əvvəllər metr söhbətində fırıldaq edirdilər. Qum alveri məhz Metrologiya Komitəsi sədrində olandan sonra daha paçka basa bilməzlər. Santim söhbətinə qədər dəqiqlik olacaq.
Patentə gəlincə isə uşaq ha döyülsən. Bu da vacib məsələdir. Amma dəqiq bilmirəm nədir. Mənə də bir maşın qum gərəkdi. Alanda satıcıdan öyrənib deyərəm...