İnsanlara hürriyət, millətlərə istiqlal!

Quldurluqda təqsirli bilinən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib

476 05.07.2016 11:13 Son xəbər A A
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Elşən Vahabzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəminin hökmü il E. Vahabzadə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Səbail rayonunda baş verib. Səbael RPİ 41-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Bakı şəhər sakini Emil Kərimovun 2030 manatını və mobil telefonunu quldurluq yolu ilə almış Elşən Vahabzadə tutulub.
Ona Cinayət Məcəlləsinin 181(quldurluq) maddəsi ilə ittiham verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR