İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyv: “Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq!”

1158 20.10.2017 13:11 Son xəbər A A

“Bu günlərdə Naxçıvan Muxtar Respublikasında keçirilən möhtəşəm hərbi parad Serj Sərksiyana tutarlı cavab idi. Hələ Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Azərbaycan ordusunun kiçik bir hissəsidir. Odur ki, Sərksiyan və ermənilər o paradı izləyib ağlını başına yığmalıdır”.

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasındakı çıxışı zamanı belə dedi. Düşmənə xəbərdarlıq edən deputat qeyd etdi ki, artıq 90-cı illər deyil: “O zaman Azərbaycan daxilində kifayət qədər problemlər olduğundan torpaqlarımız işğal olundu. İndi tamamilə başqa Azərbaycandır. Ermənilər unutmasın, əgər Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq!”

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR